• 22 Dekabr 2024

UŞAQ DOĞAN RAHİBƏ BU İŞƏ ÖZÜ DƏ MƏƏTTƏL QALDI

2611İtaliyada kəskin qarın ağrısı şikayəti ilə xəstəxanaya çatdırılan salvadorlu rahibə uşaq doğub. İtaliyanın “ANSA” agentliyinin xəbərinə görə, təzəcə ana olan 32 yaşlı rahibə hamilə qalmasından xəbərsiz olduğunu iddia edib.

Məlumata görə, Romanın yaxınlığındakı Rieti qəsəbəsində baş vermiş hadisədə yeni doğulan körpəyə katoliklərin lideri Franksisin adı verilib.

Rietinin yepiskopu Delio Lukarelli isə rahibənin bu şəkildə uşaq doğmasının utancverici hadisə olduğunu deyib. Lukarellonun məruzəçisi Massimo Kaskiani rahibənin ruhani həyatdan uzaqlaşaraq oğlu ilə yeni həyata başlaya biləcəyini, yepiskopluğun hər zaman ona yaxın olacağını qeyd edib.

“Regiana Pacis” kilsəsinin rahibi Fabrisio Borello qocalar evi kimi də fəaliyyət göstərən monastrda baş vermiş bu hadisənin digər rahibələrə pis təsir etdiyini deyib.

Qeyd edək ki, rahibənin şəxsiyyəti və kimdən hamilə qalması barədə məlumat verilməyb.
Mənbə
ANS PRESS

Read Previous

14 YAŞLI QIZCIĞAZ EV SAHİBİNƏ ƏRƏ VERİLDİ

Read Next

20 YANVAR FACİƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.