• 25 Noyabr 2024

CÜMƏ NAMAZI VAXTINDA ALIŞ VERİŞ ETMƏK CAİZDİRMİ?

images2“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”(Cümə, 62/9)

Bu ayədən yola çıxaraq bəzi alimlər cümə namazı vaxtı alış-veriş etməyi təhrimən məkruh, bəziləri də haram hesab edirlər. Azanın oxunması ilə cümə namazının bitməsinə qədər olan bu müddətdə alış-verişin təhrimən məkruh olması, şəxsdən ötrü deyil, cümə namazının ədasına mane olduğu və ticarətin, fərz olan ibadətlə eyni vaxtda kəsişdiyi üçündür. Yəni haram ya da harama yaxın məkruh olması, bir əmr olan namazın tərk edilməsindən qaynaqlanır. Cümə vaxtı ticarət etmək haram olmamaqla yanaşı, bu edənlər bir fərzi tərk etməyin günahını daşıyarlar. Çünki, belə alış-verişin bərəkəti olmaz.

Bəhs etdiyimiz bu haram hökmü cümə namazından  mükəlləf olanlara aiddir. Qadın, uşaq və s. kimi Cümə namazı ilə mükəlləf olmayanların etdiyi alış-veriş haram sayılmaz.[1]


[1] Haşiyətu Rəddil-Muxtar, V, 101; Vəhbi Zuhayli, IV , 240.

mənbə:

meneviyyat.az

Read Previous

ALMANİYADA İSLAM RƏSMİ DİNƏ ÇEVRİLDİ

Read Next

QADIN KİŞİLƏRƏ İMAM DURA BİLƏRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.