• 25 Dekabr 2024

ALMANİYADA İSLAM RƏSMİ DİNƏ ÇEVRİLDİ

germanyresmidinAlmaniyanın federal Bremen torpağında İslamı rəsmi din kimi qəbul ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə İsrailin “Polosa” portalı məlumat yayıb.

Baş verən hadisəni düşmən mövqedən qarşılayan portal müəllifi bunun Almaniyada ilk dəfə baş verdiyini deyib. “Alman KİV-ləri yazır ki, Bremendən sonra daha üç federal torpağın hakimiyyəti də, o cümlədən Aşağı Saksoniya da islamı leqallaşdırmağa hazırlaşır”,- deyə məqalədə bildirilir.

Məqalədə həm də Avropada müsəlmanların sayının sürətlə artdığı da bildirilir və Fransada artıq 10 milyon müsəlmanın yaşadığı vurğulanır. “Belçika paytaxtı Brüsseldə artıq dörd nəfərdən biri İslama inanır”,- deyə bildirən məqalə müəllifi Almaniya hökumətinin yəhudilərlə münasibətdə açıq aydın müsəlmanların tərəfini tutduğunu bildirir: “Keçən həftə Almaniyanın hökumət dairələrinin təmsilçiləri bəyan ediblər ki, işğal edilmiş ərazilərdə fəaliyyət göstərən İsrail yüksək texnologiya şirkətlərinə və akademik qurumlarına indən belə maliyyə yardımı etməyəcəklər. İudeya və Samariya ilə yanaşı indi qadağan olunmuşlar siyahısına Qüdsü də salıblar. Yəni bu təsadüfidir?”,- deyə portal vurğulayır.

MƏNBƏ:

DİN.AZ

Read Previous

YUXULARA İNANMAQ VƏ YA İNANMAMAQ

Read Next

CÜMƏ NAMAZI VAXTINDA ALIŞ VERİŞ ETMƏK CAİZDİRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.