• 23 Noyabr 2024

“Halal” komissiya yaradıldı.

imagesQafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib.

QMİ-dən Trend-ə verilən məlumata görə, aprelin 17-də Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən QMİ Qazılar Şurasının islacında Şuranın üzvləri və İdarənin səlahiyyətli nümayəndələri iştirak ediblər. İclasda çıxış edən A.Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyələrini səsləndirib.

İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olunub. Din xadimlərinin çıxışlarında bu məsələyə dair açıqlamalar verilib. Bildirilib ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir.

İndiyədək “SAB” şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini diqqətə çatdıran İdarə rəsmiləri gələcəkdə müvafiq dövlət qurumu ilə müştərək fəaliyyətin həyata keçiriləcəyi təqdirdə halal qida məhsulları istehlakçılarının haqlarının qorunmasının mümkün olacağını vurğulayıblar. Halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupunun yaradılması qərara alınıb. Qazı Faiz Nagızadə başda olmaqla 5 nəfərdən ibarət həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirilib. Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil olublar.

İclasda, həmçinin Qazılar Şurasının dünyasını dəyişmiş üzvlərinin ruhları yad edilib. Şuranın fəaliyyətinə dair məsələlər sırasında təşkilati məsələlərə baxılıb, yeni qazılar və səlahiyyətli nümayəndələr seçilib.

Qazılar məscidlərdə oxunan moizə və xütbələrin səviyyəsinin daha da yüksəldilməsi, dini-mənəvi, milli dəyərlərimizin daha dərindən təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi zərurətini də xüsusi vurğulayıblar.

İclasda QMİ Qazılar Şurası sədrinin bölgələrə səfərləri, onların davam etdiriləcəyi, bölgələrdə aparılan maarifləndirmə işlərinin önəmi, din xadimləri üçün təkmilləşdirmə kurslarının yaradılması, din xadimlərinin attestasiyası prosesinin dini kadrların bilik, bacarıq və vərdişlərinin yüksək səviyyəyə qaldırılması işinə xidmət etdiyi, eləcə də Qazılar Şurasının və Elmi-Dini Şurasının tövsiyə və qərarı ilə son illər kitab və vəsaitlərin çap olunması işlərinin davam etdiriləcəyi xüsusi qeyd olunub.

İclasda məscid və ziyarətgahların maliyyə vəziyyətləri barədə də məruzə dinlənilib.

mənbə:

din.az

Read Previous

Körpə və iştahsızlıq

Read Next

Əri ölən vəya boşanan qadının iddət müddəti (sual-cavab)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.