• 26 Dekabr 2024

Körpə və iştahsızlıq

İçerikİştah nədir?

İştah bir yeməyin zövqlə,arzu edilərək yeyilməsidir.

Əgər övladınız bir yeməyi istəməyərək, könülsüz şəkildə yeyirsə, ağzındakı tikəni uzun müddət saxlayıb udmursa, bu onun orqanizmində müəyyən fiziki problemlərin göstəricisi ola bilər. (Boğaz ağrısı, halsızlıq, qızdırma,  nəfəs borusu problemləri, diş çıxarma və s. ) Həmçinin, bu cür hallarda  övladınıza yemək hazırlayarkən müəyyən qədər və imkan daxilində onun da istəklərini nəzərə almaqda fayda var.

 

Ümumiyyətlə isə, uşaqlarda iştahsızlıq bir çox səbəblərlə bağlı ola bilər. Onların daxili aləmində baş verən bir çox amillər də buna səbəb kimi göstərilə bilər.Yaşıd və ya yaxınlarından kiməsə qarşı qısqanclıq, hər hansı bir narahatlıq, üzüntü, problem, nifrət onun iştahının kəsilməsinə gətirib çıxara bilər. Bu səbəbləri araşdırarkən onun ruh və  duyğusal problemlərinin olub-olmamasını yoxlamaq  lazımdır.

 

Uşağınızın iştahsızlıqdan əziyyət çəkməməsi üçün acdığı zaman dərhal yemək yedirilməlidir. Yemək zamanı uşağın məcburiyyəti, yemədiyi təqdirdə müxtəlif “hədə-qorxular”, cəzalar uşağı yeməkdən uzaqlaşdırır.  Yemək qabağı uşağa verilən şokolad, cips, konfet kimi “lazımsız” qidalar uşağın iştahasını  məhv edir. İştah açmaq üçün bişirilən yeməyə gözəl görüntü vermək, onu bəzəmək və uşağın sevə biləcəyi şəkildə təqdim etmək, həmçinin, uşaq arabasında deyil, məhz ailəsi ilə birlikdə masa arxasında oturub yeməsinə icazə vermək kömək edə bilər. Bütün ailə ilə hər gün eyni vaxtda yemək uşağınızda psixoloji olaraq alışqanlıq yaradacaqdır.

Nəzərə almaq lazımdır ki, iştahı olmayan bir uşağın böyüməsi və inkişaf etməsi həmyaşıdlarından fərqlənəcəkdir. Bunların qarşısının alınması üçün  ilk öncə uşağın qızdırmasının, qulaq – boğaz ağrısının, qansızlığın , bağırsağında hər hansı bir problemin olub-olmamasını yoxlamaq lazımdır. Eyni zamanda uşağınızın saçları tökülməyə başlayıbsa, dərisi quruyursa və halsız görünürsə vaxt itirmədən mütləq həkimə müraciət edin..

 

Bütün bunlar qaydasındadırsa, uşağınızın psixoloji probleminin ola biləcəyini düşünməlisiniz.

 

mənbə:

merkeziklinika.az

Read Previous

Ana südü və körpə

Read Next

“Halal” komissiya yaradıldı.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.