• 25 Noyabr 2024

Oruc haqqında suallar və cavablar

images121. Oruc Kəffarəsi Nə Deməkdir Və Necə Ödənər?

Ramazan orucunun, bəhanəsiz olaraq pozulması vəziyyətində həm kəffarə, həm də pozulan orucun qəza edilməsi lazımdır.

Oruc kəffarəsi iki qəməri ay və ya 60 gün ara vermədən oruc tutmaqdır. Buna gücü çatmayan, 60 kasıbı bir gün ya da bir kasıbı 60 gün doyurar.

Adət halında olan qadınlar, bu günlərində kəffarə oruclarına ara verərlər. Bu vəziyyətlərindən çıxar çıxmaz ara vermədən kəffarə orucuna davam edərək 60 günü tamamlayarlar.

Şafi məzhəbinə görə bəhanəsiz olaraq ramazan orucunun yemə-içmə ilə pozulması vəziyyətində kəffarə deyil yalnız qəza lazımdır.

2. Unudaraq Yemək, İçmək Orucu Pozar?

Unudaraq yemək, içmək orucu pozmaz. Peyğəmbər Əfəndimiz, “Bir kimsə oruclu olduğunu unudaraq yeyərsə orucunu tamamlasın, pozmasın. Çünki onu, Allah yedirmiş, içirmişdir.” buyurmuşdur (Buxari, Savm, 26; Müslim, Sıyam, 17). Unudaraq yeyən içən adam, oruclu olduğunu xatırlasa dərhal ağızındakıları çıxarıb ağzını yuyar və orucuna davam edər. Oruclu olduğunu xatırladıqdan sonra yemə-içməyə davam edən adamın orucu pozular.

3. Diş Fırçalamaq Orucu Pozar?

Diş fırçalamaq orucu pozmaz. Bununla birlikdə, diş pastasının və ya suyun boğaza getməsi halında oruc pozular. Orucun pozulma ehtimalı diqqətə alınaraq, dişlərin imsaqdan əvvəl və iftardan sonra fırçalanması uyğun olar.

4. Qusmaqla Oruc Pozular?

Özbaşına qusmaqla oruc pozulmaz. Ancaq adamın öz istəyi və müdaxiləsiylə meydana gələn qusma, “ağız dolusu” olması halında, orucu pozar.

mənbə:

suallarlaislam.com

Read Previous

Şəkidə İftar çadırı

Read Next

Oruclu ikən İynə və ya dərman vasitələrindən istifadə etmək haqqında suallar və cavablar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.