• 22 Noyabr 2024

Yeni prezidentin ilk səfəri Azərbaycanadır

49886Türkiyədə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü Partiyasının (AKP) İdarə heyətinin toplanacağını bildirib.

ANS PRESS-in məlumatına görə, o İdarə heyətinin yığıncağı sonrasında yeni baş nazirin müəyyən olmasının mümkünlüyünü də dilə gətirib.

Prezidentliyin əhəmiyyətindən danışan Ərdoğan artıq hazırki iqamətgahından da köçəcəyini də bildirib.

Növbəti baş naziri kimin seçəcəkləri haqqında danışan Ərdoğan “indi nəsib olsa cümə axşamı günü bir İdarə heyətinin konfransını edəcəyik. Konfransda bir çox mövzu ilə bərabər bu mövzunu da yenə aramızda müzakirə edəcəyik. Toplantıdan sonra hər şey aydın olacaq” deyib.

Bundan əlavə Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycan və Şimali Kiprə edəcəyini bildirdi.

“İlk xarici ziyarətimi Azərbaycan və Şimali Kiprə edəcəyəm”- deyə Rəcəp Tayyip Ərdoğan rəsmi elan etdi.

Qeyd edək ki, Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrikində Azərbaycanın dövlət başçısı onu ölkəmizə səfərə dəvət edib.

Ümumiyyətlə Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq qardaş ölkəyə gerçəkləşdirirlər.

Mənbə
ANS PRESS

Read Previous

Türkiyə Qarabağ müharibəsində

Read Next

Toyda bir kişinin naməhrəm qadınların qarşısında və ya bir qadının naməhrəm kişilərin qarşısında oynaması caizdirmi? Belə məclislərdə iştirak eləmək düzdür?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.