• 22 Dekabr 2024

Toyda bir kişinin naməhrəm qadınların qarşısında və ya bir qadının naməhrəm kişilərin qarşısında oynaması caizdirmi? Belə məclislərdə iştirak eləmək düzdür?

2Cavab: İslam dini haram, halal, məkruh və qeyri-əxlaqi davranışları izah etmiş və bunlara müsəlmanlar tərəfindən necə riayət edilməli olduğunun ümumi çərçivəsi haqqında ayə və hədislərdə məlumat vermişdir.

Toyun necə edilməli olduğunu təfərrüatı ilə izah etməsə də, bununla bağlı ümumi çərçivəni bildirmişdir. Belə ki, haramlara düşməmək şərti ilə müsəlmanların adət-ənənəsinə və mövcud olan şəraitə müvafiq olaraq keçirilməsini onların öhdəsinə buraxmışdır. Yəni, burada əsas çərçivə İslam dininə zidd olan davranışlara yol verməməkdir. Ona görə də, əgər toyda İslam dinində düzgün hesab edilməyən hallara yol verilirsə, orada iştirak edilməməli və ya sırf münasibətlərin zədələnməməsi üçün müəyyən şərtlər altında iştirak edilməlidir. Dini cəhətdən bir-birlərinə yad olan qadın və kişilərin (üstəlik də namünasib geyimlərlə) bir yerdə oynamağı, eləcə də toyda spirtli içkilər kimi haram şeylərin təqdim edilməsi dini cəhətdən təhlükəli hesab olunur. Əgər belə bir vəziyyət yoxdursa, o toyda iştirak edilməli, qohumluq və qonşuluq borcu yerinə yetirilməlidir. Lakin spirtli, qadın-kişi qarışıq oyunlu toy edən qohumlardan, qonşulardan üz döndərməmək və əlaqəni kəsməmək üçün şadlıq sarayına gedilə bilər, hələ oyunlar başlamadan bəyi, gəlini və ailələri təbrik edilməlidir. Əgər varsa, hədiyyə təqdim edib oyunlar başladığı vaxt məclisi tərk etmək məqsədəuyğun bir davranışdır.

mənbə:

sunna.az

Read Previous

Yeni prezidentin ilk səfəri Azərbaycanadır

Read Next

Azərbaycanda yas mərasimləri haqqında yeni qərar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.