Bu qurbana “adaq” və ya “deyilmə” qurbanı da deyilir.Allah üçün kəsilməsi əhd edilən qurbanı kəsmək vacibdir.
Nəzir edilən bir qurbanın kəsilməsi insan üzərinə borc olması üçün bəzi şərtlər lazımdır:
1 – Qurban olaraq əhd edilən heyvan vacib qurbanlar cinsindən olmalıdır. Məsələn: hinduşka və ya xoruz əhd etməklə nəzir yerinə yetirilməz. Çünkü bunlardan qurban kəsmək olmaz.
2 – Əhd edilən qurban əhd edənin özünə vacib olan bir qurban olmamalıdır. Məsələn varlı bir nəfər:
“Əgər bu işim düzələrsə bu Bayramda qurban kəsəcəyəm.” deyərsə kəsdiyi qurban “nəzir” qurbanı yerinə keçməz. Ancaq qurbandan başqa bir də nəzir qurbanı kəsərsə o zaman nəzir yerinə yetirilmiş olar.
3 – Əhd edilən qurban, Allah`a üsyan şəklində olmamalıdır. Məsələn: Oğlunu Allah`a qurban etməyi əhd etmək kimi.
4 – Əhd edilən qurban başqasının malı olmamalıdır. Çünki ancaq öz malından qurban əhd edilə bilər. Məsələn: “Oğlum əsgərdən gələrsə qonşunun öküzünü kəsəcəyəm” demək olmaz.
5 – Əhd edilən qurban, yerinə yetirilməsi mümkün olmayan bir şey də olmamalıdır.Keçmiş bir zaman üçün qurban əhd etmək kimi.
Deyilmə qurbanın ətindən sahibi yeyə bilmədiyi kimi; ailəsi, uşaqları, nəvələri, ataanası, baba-nənəsi də yeyə bilməz. Hamısının fağırlara verilməsi şərtdir. Əgər bu qurbandan az belə yeyəsi olsa o yeyilən ətin miqdarı qədər pulunu fağırlara sədəqə verməlidir.
Hacı Arif Heydəroğlu / “Qurban və Hikməti” / İpək Yolu Nəşriyatı.