• 26 Dekabr 2024

Nəzir qurbanın ətindən kimlər yeyə bilməz? Əgər bir insan səhvən yeyibsə nə etməlidir?

12Bilindiyi kimi əhd, insanın fərz və ya vacib cinsindən bir ibadəti edəcəyinə dair Allah`a söz verərək o ibadəti özünə borc etməsi deməkdir. Əhd, fərdin, arzu etdiyinə qovuşmaq, qorxduğundan çəkinmək barəsində Allah`ın kömək və dəstəyini təmin etmək məqsədiylə, özlüyündən bir sıra dini mükəlləfiyyətlər altına girməsi olaraq şərh oluna bilər.

Hz.Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ilə öndə gələn səhabələrinin tətbiqləri göz önünədə saxlanıldığında, irəlidə olması istənilən bir şey üçün adakta(əhddə) olmağın dinen tövsiyə edilən bir şey olmadığı görülər. Əslində belə bir əhd Allah`ın təqdirini dəyişdirməz. Müqəddər nə isə, o da olar. Ancaq şərtlərinə uyğun olaraq edilən əhdin yerinə yetirilməsi də vacibdir .

Adak qurbanının ətinin, əhdi edən adamın həyat yoldaşı , üsul və fürûu (yəni anası, atası, nənələr,babaları, uşaqları, nəvələri) xaricində olan kasıblara paylanması lazımdır. Bunların xaricindəki qohumlar yoxsuldurlarsa onlar da yeyə bilərlər. Bu ət kasıbların haqqıdır. Zənginlər bundan yeyə bilməzlər.

Adak heyvanın ətindən, əhd ətini yeməsi caiz olmayanlar yesə, yedikləri ətin qiymətini sədəqə vermələri lazımdır. Yəni nə qədər yediklərini müəyyən edib, onun qiymətini hesablayıb, o dəyərdə sədəqə(məsələn pul) verilməlidir. Ayrıca əhd ətindən istifadə edənlər, o ətdən əhd sahiblərinə və ya zənginlərə ikram etmələri caizdir, yeyə bilərlər. Çünki, ət onların mülkiyyətinə keçdiyindən istədikləri kimi istifadə edə bilərlər.

Adamın kəsəcəyi qurbanı şəxsən satın alması , özünün kəsməsi və ya kəsilərkən yanında olması , – qurbanın səhih olması üçün – lazım deyil. Bunlar vəkalət yoluyla da edilə bilər. Çünki qurban, pulla olan bir ibadətdir. Pulla olan ibadətlərdə vəkalət, mütləq olaraq caizdir. Qurban mövzusunda vəkalət, güvəndiyi bir adamı və ya təşkilatı öz adına qurban kəsməsini və paylamasını etməklə vəzifələndirmə deməkdir. Bu əməliyyat, kəsəcək adamı vəzifələndirmə və ya pulun güvəndiyi təşkilata qurban sahibi adına verilməsilə həyata keçmiş olar. Kəsəcək adamın qurban sahibindən telefonla tək-tək vəkalət alması lazım deyil. Ancaq, vəkil adam qurbanı kəsərkən o adam adına kəsməlidir.

Heç bir bəhanə olmadan da adam öz qurbanını satın alıb kəsmək üzrə güvəndiyi bir kimsəni vəkil təyin edə bilər. Vəkil həqiqi şəxs ola biləcəyi kimi , hökmü şəxs ( yəni xüsusi və ya rəsmi bir quruluş ) da ola bilər.

mənbə:

suallarlaislam.com

Read Previous

BİDƏT NƏ-(deyil)-DİR?

Read Next

Nəzir qurbanı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.