Beynəlxalq Qida siyasəti Araşdırma İnstitutunun Dünya Bəslənmə Gününə 2 gün qalmış nümayiş etdiyi hesabatda, 16 ölkədə aclığın “son dərəcə narahatlıq verici“ ölçüdə olduğu bildirildi.
Mərkəzi Vaşinqtonda olan institut, uşaq ölümləri, qeyri-kafi bəslənmə və zəif uşaqlarla bağlı məlumatlara əsaslanaraq hazırladığı hesabatda, dünya daxilində 8-i böyük və 6-ı uşaq olmaqla hər on dörd nəfərdən ikisinin ac olduğunu vurğuladı.
İnstitut, 1990-cı illərdən bu yana aclıqla mübarizədə əhəmiyyətli irəliləyiş olduğunu, ancaq, bunlara baxmayaraq aclığın hələ də ciddi bir problem olmağa davam etdiyinə diqqəti çəkdi.
Hesabatda, Çin, Hindistan, İndoneziya və Vyetnam kimi ölkələrdə qeyri-kafi bəslənmənin geriləməsi səbəbindən aclıq çəkənlərin sayının 25 ildə azaldığı, ancaq əhali artımının çox olduğu bəzi ölkələrdə vəziyyətin ciddiliyini qoruduğu, iqlim dəyişikliliyinin də bu ölkələrdə yaşayanları daha həssas vəziyyətə gətirdiyi ifadə edildi.
Dünya ortalamasının bəzi ölkələr və bölgələrdəki aç insan sayısının gizləndiyi vurğulanan hesabatda, Eritreya və Burundi’nin aclıqdan ən çox təsirlənən ölkələr olduğu qeyd edildi.
Hesabatda, vitamin və mineral qəbulunun sağlam həyatı davam etdirməyə və yaxşı inkişafın təmin edilməsinə çatmaması yə (gizli aclığa) da toxunulub. İnstitut, “gizli aclığın” ciddi ancaq ümumiyyətlə göz ardı edilən bir mövzu olduğunu qeyd etdi. Lazımı qədər vitamin və mineralları ala bilməyənlərin sayının qeyri-kafi beslenmelerde 2 qat çox olduğuna diqqəti çəkən institut, bu vəziyyətlə mübarizə edilməzsə gələcək illərdə dəhşətli nəticələr doğuracağını açıqladı.
“Gizli aclığın” hər il 1,1 milyon uşağın ölümünə yol açdığını ifadə edən institut bu vəziyyətin yalnız sağlamlığa deyil məhsuldarlığa zərər verərək iqtisadiyyata da təsir etdiyini vurğuladı. İnstitut həmçinin, inkişaf etməkdə olan ölkələrdə ənənəvi bəslənmə formalarından gedərək uzaqlaşıldığı, daha çox dəyişməyə uğramış qidaların işlədildiyini, bu vəziyyətin də obezite ilə xroniki xəstəliklərə yol açdığını vurğuladı.
mənbə: