Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə aiddir. Müqəddəs ziyarətə getmək istəyənlərin sənədlərinin Azərbaycandan Həcc Missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsində qəbul olunmasına başlanılır (Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7. QMİ-nin Həcc ziyarətinin təşkili şöbəsi, tel. 492-88-48, 437-15-71).
Sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilir və təşkilatçı tərəflə (QMİ) zəvvar arasında müəyyən edilmiş formada müqavilə bağlanır. Xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən, QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Mərkəz” filialındakı (Ünvan: AZ1005, Bakı, Səbail, Hacı Zeynalabdin Tağıyev, 3) manat hesabına ödənilir. Ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilmişdir (mehmanxana, habelə ziyarət zamanı xidmət şərtlərindən asılı olaraq 4700 (dörd min yeddi yüz) ABŞ dolları və ya 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları). Zəvvarlar xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməldirlər.
Ziyarətə getmək istəyənlər aşagıdakı sənədləri təqdim etməlidirlər – Biometrik (xarici) pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 ölçülü 4 ədəd şəkil (ag fonda rəngli şəkil) və tibbi arayış.
Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyildir. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmamazlıqlara görə QMİ məsuliyyət daşımır.
Həcc ziyarətinin təşkili ilə bağlı əlavə məlumatlar QMİ-nin elektron səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.
QMİ-nin Mətbuat Xidməti