• 22 Noyabr 2024

Cənnəti satın alanlar

 cennetAllah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tövbə, 111)
Bu dünya bir bazar yeridir. CənabiHaqqın lütf etdiyi canı, malı, bütün imkanları yenə Onun yoluna səfərbər edərək Cənnəti satın almaq bazarı.
Bu bazar, CənabiHaqqın ilahi əzəmət və qudrəti ilə, ilahi sənətin naxışları ilə doludur. Hər şey Cənabi-Haqqın əzəmətinin şahididir.
CənabiHaqq, qəbirdən əvvəl dünyada uyanmamızı, Cənnətin satın alındığı bu bazarın fərqində olmamızı arzu edir.
Rəvayət olunduğuna görə; peyğəmbərimiz (səv)-ə , Akabə Gecəsi, Məkkədə Ənsardan yetmiş adam gələrək beyət etdikləri zaman, yəni ikinci Akabe biatında, Abdullah b. Revaha “Rəbbin və özün üçün bizdən istədiyini şərt koş.” demişdi. Peyğəmbər (səv) də: “Rəbbim üçün Ona ibadət etmənizi və heç bir şeyi Ona şərik qoşmamanızı, özüm üçün də məni, özünüzü və mallarınızı necə qoruyursunuzsa  elə qorumağınızı şərt edirəm.” buyurdu. Onlar da “Bunu etdiyimiz təqdirdə bizim üçün nə vəd edirsən?” dedilər. Hz. Peyğəmbər (səv) “cənnət” buyurdu. Bunun üzərinə “Bu alış-veriş çox karlıdır, biz bu müqaviləni nə pozarıq, nə də pozulmasını qəbul edərik.” dedilər. Sonra da yuxarıdakı həmin bu ayə nazil oldu. Bir gün Hz. Peyğəmbər, bu ayəni oxuyarkən bir nəfər gəldi “bu kimin sözüdür?” dedi, Rəsulullah (səv), “Allah kəlamıdır.” deyə cavab verdi. O şəxs “Vallahi bu çox qazanclı bir alış-verişdir, biz bunu nə pozarıq, nə də pozulmasını istəyərik” dedi və cihada çıxdı, nəhayət şəhid oldu …

Read Previous

Qardaşlıq Abidəsi “Qafqaz İslam Ordusu”

Read Next

Əhli beyt kimdir, Əhli beyt sevgisi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.