ZİMƏM DƏFTƏRİ
Osmanlıda Ramazan günlərində zənginlər, heç tanımadıqları bölgələrdəki tacir dükanlarına gedər, onlardan Zimem dəftərini yəni nisyə dəftərini çıxarmalarını istəyərdi. Başdan, sondan və ortadan təsadüfi şəkildə səhifələrin yekununu hesablatdırıb, “Bunların borclarını silin… Allah qəbul etsin” deyər və çıxıb gedərdilər. Borcu ödənən borcunu ödəyənin kim olduğunu, borcu ödəyən isə kimi borcdan xilas etdiyini bilməzdi.
CERRİ ÇIXMAQ
Cerri çıxmaq Ramazan ənənələrindən biri idi. Osmanlı Dövlətində mədrəsələrdə yay tətilləri “Üç Aylar” da verilirdi. Bu tətillərdə seçilmiş mədrəsə tələbələri həm öz biliklərini gücləndirmək, həm də dini mövzularda xalqı maarifləndirmək üçün İmperatorluğun fərqli bölgələrinə göndərilərdilər. Bu göndərmə hadisəsi “Zərrə çıxmaq” adlanırdı.
İFTARA DƏVƏT
Osmanlıda Ramazanda xalq, yoldaşına, dostuna qohum əqrabasına iftar verməyi böyük bir ibadət qəbul edər, qonaq yola salmaq üçün səy göstərərdilər. Ramazan boyunca iftar vaxtlarında qapılar açıq saxlanılırdı. Beləcə yolda qalan və ehtiyacı olan hər kəs istədiyi evə girər iftar süfrəsinə daxil olardu. Bunun üçün tanış olmağa gərək yox idi və iftar üçün gələnin kim olduğu da əsla sorulmazdı.
ARİFƏ ÇİÇƏYİ
Osmanlıda bayramların xüsusilə uşaqlar üçün ayrı bir yeri vardır. Bayram paltarları ilə küçədə gəzən uşaqlara “ərəfə çiçəyi” deyilirdi.Osmanlı’dan gələn “Arifə Çiçəyi” anlayışı; bayramdan bir neçə gün əvvəl edilən alverin ardından uşaqların səbirsizlənərək geyimlərini bayramdan bir gün əvvəl, yəni Arifə günü, geyərək gəzməsi olaraq təyin olunardı.
Osmanlıda BAYRAM
Osmanlıda bayram, Sultanın bayram namazı üçün məscidə gəlişi ilə başlardı. Namaz sonrasında saraya dönən padşah əvvəl anasının əlini öpüb sonra digər ailə efradıyla bayramlaşırdı. Padşah, bayram təbrikinin ardından gözəl əl işləri ilə bəzədilmiş kisələrlə uşaqlara pul paylayaraq onları sevindirirdi.
Mənbə: