• 02 Dekabr 2024

Dünyada Ramazan

dunyada ramazan Səudiyyə Ərəbistanında

Sudiyyə Ərəbistanında Ramazan hilalı görülüncə oruca başlanır.

     Televiziyada və qəzetlərdə “Ramazan gəlir” deyə təntənəli şadlıq keçirilmir, amma məscidlərdə, xüsusilə ən böyük və əhəmiyyətli məscidlərin xalçalarının yuyulması kimi hazırlıqlar görülür. Məscidul-Həramda təravih xətmlə qılınır.

Ramazan ayı boyunca restoranlar, yeməkxana, çayxana kimi yerlər iftara kimi bağlı olur.

Misirdə

İslam dünyasının öndə gələn ölkələrindən biri olan Misirdə Ramazan ayı digər öləkələrdə olduğu kimi, olduqca təm-təraqlı və coşqu ilə keçir. İlk öncə Misir xalqı Ramazan hilalının doğmasını gözləyirlər. Ramazan Çırağı isa tamamən Misirdə xüsusi bir adətdir. İslamın ilk dövrlərində gecə küçəyə çıxarkən istifadə olunan bu çıraqlar artıq müasir Misirdə də Ramazanı qarşılamaq üçün istifadə olunur və evlərin eyvanlarından rəngarəng çıraqlar sallanır.

Misirlilər üçün Ramazanın ilk günü və xüsusilə də, ilk iftar böyük əhəmiyyət kəsb edir. Ailələri ilə iftar etmək üçün öz məmləkətlərinə yola düşərlər. Təraveh namazlarına böyük maraq göstərilir. Xüsusilə, içində Qədr gecəsi olan Ramazanın son 10 günündə məscidlər dolu olur. Qadınlar və uşaqlar da təraveh namazına maraq göstərirlər.

Misirlilər orucu südün içində saxlanılmış xurma ilə açırlar . Əsas iftar süfrəsi isə məğrib namazından sonra qurulur və iftar yeməklərinin ən məşhuru yarpaq dolmasıdır. Mərcimək şorbası, kələm dolması, paxlava və başqa özünəxas şirniyyatlar Ramazanın ən sevimli yeməklərindəndir.

Misirdə ənənəvi olaraq Ramazan ayında Beynəlxalq Quran yarışları keçirilir. Bu yarışlara 75 ölkədən nümayəndə qatılır. Sadəcə 2013-cü ildə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə müxalifləri arasındakı daxili qarşıdurmalara və ölkədə yaranan qeyri-sabit şəraitə görə ləğv olunub. Qeyd edək ki, Ramazan ayının gecələrində “Beytul-ümmə” muzeyində bir çox tədbirlər həyata keçirilir.

Ramazan ayı zamanı gecə saat 2:30-dan 4:00-a qədər küçələrdə xüsusi insanlar baraban çalaraq sakinləri sahura oyadırlar.

Türkiyədə Ramazan

Ramazan ayı Türkiyədə xüsusi ənənələrlə qeyd olunur. Bu ölkədə demək olar ki, tam bir ay bayram kimi yaşanır. 11 ayın sultanı Ramazan ayında hər kəs sübh tezdən sahura böyük həvəslə oyanır.

Televizorlarda Tamazan söhbətləri, ramazan haqqında verilişlər tərtib edilir.

Ramazan ayında restoranlar tətilə çıxır, tətilə çıxmayan restoranlar da içəridə gizlin, oruc tutanın görmədiyi şəkildə fəaliyyət göstərir.

Çörək zavodlarında xüsusi olaraq Ramazan ayı üçün xüsusi şirin çörəklər bişirilir. Böyük şəhərlərdə Ramazana aid kitab yarmarkaları tərtib edilir. İftar qonaqlığı məşhurdur. Demək olar ki, hər evdə iftara dəvət olunur. Gecələr təraveh namazı qılınır, bununla yanaşı, söhbətlər  aparılır, ilahilər oxunur.

Ramazanda hər məsciddə müxtəlif vaxtlarda məscidin imamı və hafizləri müqabilə oxuyurlar. Qədr gecəsində (27-ci gecə) xətm duası oxunur.

Türkiyədə Osmanlı dönəmindən insanları sahura barabançılar və ya türklərin öz deyimi ilə söyləsək Ramazan davulçuları oyadır. Qədimdə zəngli saatların olmaması səbəbi ilə yaranan bu günsə tarixi adət-ənənəyə çevrilən Ramazan davulcularını, 1 ay boyunca sübh tezdən bütün məhlələrdə görmək mümkündür.

Minarələrdə mahyalar asılır, “Xoş gəldin Ramazan” və s. kimi şüarlar yazılır. Ramazan bayramında üç gün tətil verilir. Bayram namazından sonra hər kəs qucaqlaşıb görüşür, küsülülər barışdırılır.

Hindistanda ramazan

Dünyadan ən çox müsəlmanın yaşadığı ikinci ölkə olan Hindistanda iki yüz milyondan çox müsəlman yaşayır. Ölkədə Ramazan ayının başladığını fətva heyəti elan edir. İftar vaxtını ölkə çox qələbəlik olduğu üçün təbil və ya top səsləri ilə eşitdirilir. Hindistanda günlər iftardan sonra daha canlı keçir. Uşaqların tutduğu ilk oruca çox önəm verilir və ona xüsusi iftar hazırlanır. Hindu restoranları Ramazan boyu oruclu müsəlmanlara hörmət əlaməti olaraq pəncərələri pərdə ilə örtərlər. İftar və sahur vaxtlarında üç top atılır. Küçələrdə iftar yeməkləri satılan dəzgahlar qurulur.

QAZAXISTANDA RAMAZAN

Qazaxıstanda Ramazanlar iki ünsur daha çox gözə çarpar:

1. Oruc tutan hər müsəlman başqasının iftar açmasına vəsilə olur: Qazaxıstanda bir çox məscidin ətrafında iftar çadırları qurulur, heç kim evində tək başına iftar açmaz. Hər kəs ya dəvətlidir və ya dəvət edəndir.

2. Xətmlə Təraveh: Qazax xalqı təravehlərini xətmlə qılmağı sevir. Hər il Ramazan ayı Türkiyə başda olmaq üzrə bir aylığını digər Müsəlman ölkələrdən hafizlər gətirilir. Ağsaqqalların və gənclərin xətmlə qılınan təravehlərdəki hüzur halı diqqət çəkicidir. Sürətli imamlarla və qısa surələrlə təraveh namazı qılmaq ölkənin heç bir məscidində rast gəlinməz.

Gürcüstanda Ramazan

İndiki yaşlılar deyirlər ki, əvvəllər (Sovet hökuməti zamanında) yaşlı– cavan hər kəs məcburi olaraq işə getdiyi üçün tarlada işləyən oruclu qocalar özlərini tez-tez Kür çayının sərin sularına verib oruclarını axşama tamamlamaq üçün güc qazanardılar. Bu imanı möhkəm, dirayətli ağsaqqalların hörmətinə indi onların zürriyyətləri rahatca oruc tuta bilirlər. Hər kənddə mömin ailələr oruc tutanlara iftar vermək üçün 50-60 nəfərlik süfrələr açır və namaz əhlini iftara dəvət edirlər. Xüsusilə, Ramazanın son on günündə bu dəvətlər çoxalır, bəzən eyni axşam iki-üç yerdən dəvətlər gəlir.

Malaziyada ramazan

Malaylar orucunu ümumiyyətlə xurma ilə açarlar. Aş yeməyi ilə gül şərbəti içərlər. Təkcə Ramazan ayında təşkil olunmuş bazarlar vardır. Bu bazarda yalnız iftar üçün yeməklər bişirilir. Bu bazarlar ölkədəki müsəlman və qeyri-müsəlman xalqın bir araya gəlməsinə vəsilə olur. Ramazanda demək olar ki, hər məsciddə iftar verilir. Bu iftarlara imkanı olan və olmayan da bərabər qatılır. Boş vaxtı olanlar tərəfindən iftardan bir saat öncə “bungkus bubur” adı verilən yemək dağıdılır. Malaylara məxsus olan bu yemək toyuq və buğda sıyığından hazırlanan şorbadır. Axşamlar təraveh namazları qılınır.

Mənbə:

irfandergisi.com

Read Previous

Məğfirət mövsümü

Read Next

Osmanlıda Ramazan adətləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.