“Cənnətdə “Rəyyan” deyilən bir qapı var ki, qiyamət günü oradan ancaq oruclu olanlar keçəcək.Onlardan başqa heç kim o qapıdan girə bilməyəcəkdir”(Buxari, Sövm 4)
“Oruçlu üçün iki Sevinç anı vardır: Biri, orucu açtığı zamanki sevincidir; digəri də Rəbbinə qovuşduğu zamanki sevincidir”. (Buxari, Savm, 2)
“Ramazan ayı girdiği zaman Cennetin qapıları açılır, cehennemin qapıları kapanır ve Şeytanlar da zincire vurulur”.(Müslim, Siyam, 2 (1079))
“Sahura qalxmaq bərəkətdir. Bir qurtum su içsəniz belə onu tərk etməyin. Çünki Allah sahura qalxanlara rəhmət edər.” (Müsnəd, 3:44)
“Oruc tutun. Şübhəsiz ki, oruc Cəhənnəm atəşinə və dünyanın pislik və müsibətlərinə qarşı qalxandır.” (Cami’üs Sağir, 4: 212)
“Oruclu ikən çirkin danışmayın! Biri sizə sataşsa,” Mən orucluyam “deyin.” (Buxari, Savm, 9)
“Kim Allahın rizası üçün bir gün oruc tutarsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək inşa edər.” (Tirmizi, Cihad 3, (1624))
“Ramazan ayında, heç bir xəstəlik və səbəb olmadan kim bir günlük orucunu yesə, bütün zaman boyu oruc tutsa belə bu orucu qəza edə bilməz.” (Buxari, Savm 29)
“Ramazan girib çıxdığı halda günahları affedilmemiş olan insanın burnu yerdə sürtülsün. Ana və atasına və ya bunlardan birinə yetişib də onlar sayəsində cənnətə girməyən kimsənin də burnu yerdə sürtülsün. Mən yanında zikredildigim zaman mənə salavat oxumayan kimsesinin də burnu yerdə sürtülsün!” (Tirmizi, Daavat 110, (3539))
“Kim oruclu olduğu halda unudaraq yesə və ya içsə orucunu tamamlasın, çünki ona Allah yedirib içirdmişdir.” (Müslim, Sıyam 171)
“Kim Allah rizası üçün bir gün oruc tutarsa, Allah onu yetmiş il Cəhənnəm atəşindən uzaqlaşdırar.” [Camius Sağir]
“Kim bir orucluya iftar etdirsə, özünə onun savabı qədər savab yazılır. Üstəlik bu səbəblə oruclunun savabından heç bir azalma olmaz.” Tirmizi, Savm 82, (807)
“Ramazanda Allahı zikr edən magfiret olunur. Və o ayda Allahdan hər hansı bir şey istəyən kimsəyə də istədiyi verilir. (Ramuz Əl Hədis / Hz. Cabir (r.ə))
“Ramazan orucu fərz, təravih namazı isə sünnətdir. Bu ayda oruc tutub, gecələrini də ibadətlə keçirənin günahları bağışlanar.” [Nəsai]
“Oruclunun ağızından çıxan qoxu, Allah indində müşk qoxusundan daha xoşdur.” (Kutubu–Sittə, 3082)
“Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli də çox savabdır.” (Deylemi)
“Oruc səbrin yarısıdır.” (İbn Macə, Siyam, 44)
“Oruc, kişi onu günahlarla deşmədikcə, bir qalxandır.” (Camius–Sağir)
“Ramazanda orucunu tutub, Şəvval ayından da altı gün oruc tutan kimsə bütün il oruc tutmuş kimidir.” (Müslim, Sıyam, 203)
“Oruclarda riya yoxdur. Əziz və Cəlil olan Allah buyurdu ki: “O Mənim üçündür. Onun mükafatını şəxsən Mən verərəm. (Çünki) Oruclu yeməsini, içməsini Mənim üçün tərk edər.” (Buxari/Əbu Hureyrə (r.a.))