• 22 Noyabr 2024

Oruc haqqında ayət və hədislər

AllahMuhammedOruc haqqında Ayəti kərimələr
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə 183-185)
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar! (Bəqərə 187)
Oruc haqqında Hədisi Şəriflər
“Oruclu bir kimsə yalanı və yalanla iş görməyi tərk etməzsə, (bilsin ki) onun yemə-içməyi tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur”.(Buxari, Sovm 8)

 “Cənnətdə “Rəyyan” deyilən bir qapı var ki, qiyamət günü oradan ancaq oruclu olanlar keçəcək.Onlardan başqa heç kim o qapıdan girə bilməyəcəkdir”(Buxari, Sövm 4)

“Oruçlu üçün iki Sevinç anı vardır: Biri, orucu açtığı zamanki sevincidir; digəri Rəbbinə qovuşduğu zamanki sevincidir”. (Buxari, Savm, 2)

“Ramazan ayı girdiği zaman Cennetin qapıları açılır, cehennemin qapıları kapanır ve Şeytanlar da zincire vurulur”.(Müslim, Siyam, 2 (1079))

Sahura qalxmaq bərəkətdir. Bir qurtum su içsəniz belə onu tərk etməyin. Çünki Allah sahura qalxanlara rəhmət edər.” (Müsnəd, 3:44)

Oruc tutun. Şübhəsiz ki, oruc Cəhənnəm atəşinə dünyanın pislik müsibətlərinə qarşı qalxandır.” (Cami’üs Sağir, 4: 212)

Oruclu ikən çirkin danışmayın! Biri sizə sataşsa,” Mən orucluyam deyin.” (Buxari, Savm, 9)

Kim Allahın rizası üçün bir gün oruc tutarsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək inşa edər.” (Tirmizi, Cihad 3, (1624))

Ramazan ayında, heç bir xəstəlik və səbəb olmadan kim bir günlük orucunu yesə, bütün zaman boyu oruc tutsa belə bu orucu qəza edə bilməz.” (Buxari, Savm 29

“Ramazan girib çıxdığı halda günahları affedilmemiş olan insanın burnu yerdə sürtülsün. Ana atasına və ya bunlardan birinə yetişib onlar sayəsində cənnətə girməyən kimsənin burnu yerdə sürtülsün. Mən yanında zikredildigim zaman mənə salavat oxumayan kimsesinin burnu yerdə sürtülsün!” (Tirmizi, Daavat 110, (3539))

“Kim oruclu olduğu halda unudaraq yesə və ya içsə orucunu tamamlasın, çünki ona Allah yedirib içirdmişdir.” (Müslim, Sıyam 171)

Kim Allah rizası üçün bir gün oruc tutarsa, Allah onu yetmiş il Cəhənnəm atəşindən uzaqlaşdırar.” [Camius Sağir]

“Kim bir orucluya iftar etdirsə, özünə onun savabı qədər savab yazılır. Üstəlik bu səbəblə oruclunun savabından heç bir azalma olmaz.Tirmizi, Savm 82, (807)

Ramazanda Allahı zikr edən magfiret olunur. o ayda Allahdan hər hansı bir şey istəyən kimsəyə də istədiyi verilir. (Ramuz Əl Hədis / Hz. Cabir (r.ə))

Ramazan orucu fərz, təravih namazı isə sünnətdir. Bu ayda oruc tutub, gecələrini ibadətlə keçirənin günahları bağışlanar.” [Nəsai]

Oruclunun ağızından çıxan qoxu, Allah indində müşk qoxusundan daha xoşdur.” (KutubuSittə, 3082)

Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli çox savabdır.” (Deylemi)

Oruc səbrin yarısıdır.” (İbn Macə, Siyam, 44)

Oruc, kişi onu günahlarla deşmədikcə, bir qalxandır.” (CamiusSağir)

Ramazanda orucunu tutub, Şəvval ayından da altı gün oruc tutan kimsə bütün il oruc tutmuş kimidir.” (Müslim, Sıyam, 203)

Oruclarda riya yoxdur. Əziz Cəlil olan Allah buyurdu ki: O Mənim üçündür. Onun mükafatını şəxsən Mən verərəm. (Çünki) Oruclu yeməsini, içməsini Mənim üçün tərk edər.” (Buxari/Əbu Hureyrə (r.a.))

 

Read Previous

Orucun mükafatı Allaha məxsusdur

Read Next

Zəkat verməyi rədd edən səhabə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.