• 25 Noyabr 2024

Ölümün ürküdücü ağırlığı “ Son Nəfəs”

son nefesDünya həyatı bizlər üçün bir imtahan və nəfsimizi təmizləmə mərhələsidir. Bu mərhələ özü ilə boş məşğuliyyətlər və heç bitməyəcək zənnedilən bir ömür hesabını da gətirir. Yəni dünya həyatı bizlərdə bitməyəcək bir həyat şəkli formalaşdırmaqdadır.

Dünya həyatını əbədi zənn edip min bir cür həvəsə qapılmaq və nəfsə ram olub şeytanın əsiri olmaq biz insanlar üçün sonu olmayan bir fəlakətin də xəbərçisi olacaqdır. Allahu Təalanın bəxş etdiyi dünya nemətlərindən nankorcasına istifadə edərək şükürsüz bir həyat sürmək, aldanmış qullarına qəzəb dolu cəhənnəm hazırlayacaq. Ayəti Kərimədə belə buyurulur;

“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!”(İsra / 18)

Biz qullara düşən isə dünya həyatındakı nemətləri sonsuz zənn etməmək və Allahu Təalaya bizlərə bəxş etdiyi ömür üçün şükür ilə dolu bir həyat keçirməkdir. Belə bir həyat isə şükür və təfəkkürlə dolu bir həyatın nəticəsində olacaqır. Peyğəmbər Əfəndimiz Hz. Məhəmməd (səv) belə buyurur:

“Təfəkkür kimi ibadət yoxdur” (Əli əl-Müttəqi-Kənzü’l Ummal)

Sözümüzü Osman Nuri Topbaş Xoca Əfəndinin “Son Nəfəs” adlı kitabından alınan ‘ölümsüz sətirlərə’ buraxaraq, nəticə çıxartmağı, həyatımızda tətbiq etməyi Cənab-ı Allahdan niyaz edirik …  “Həqiqətən hər gün bu fani həyatdan bir gün daha uzaqlaşarkən qəbirə bir addım daha yaxınlaşmırıqmı? Hər gün ömür təqvimimizdən bir səhifə qopmaqda deyilmi?

Ölüm səssizliyinə bürünmüş hər məzar daşı, öz dillərində danışan bir nəsihətçidir. Qəbristanlıqların şəhər içərisində, yol kənarlarında və məscid həyətlərində təsis edilmiş olması, bir növ təfəkkür-i mövt yəni ölümü düşünüb dünyanı ona görə tənzim etmək üçündür. Ölümün ürküdücü ağırlığını sözlərin zəif çiyinləri daşıya bilməz! Ölüm qarşısında bütün güc-qüvvət sona çatar və əriyər.

Ölüm insanın xüsusi qiyamətidir. Qiyamətimizdən əvvəl oyanaq ki, peşmançılığa düşənlərdən olmayaq. Çünki hər faninin məchul bir zaman və məkanda Əzraillə qarşılaşacağı şübhəsizdir. Ölümdən qaçılacak heç bir məkan yoxdur. O halda insan, vaxt itirmədən “Allaha tərəf qaçın …” (əz-Zariyat, 50) xitabından nəsib alaraq, rəhmət-i ilahiyyəni yeganə sığınacaq qəbul etməlidir.

Peyğəmbərlərin xaricində heç bir qul, xəta etmək barəsində qəti olaraq qorunmuş deyil. Bu səbəblə hər bir mömin, özünə lütf edilən ömür nemətini layiqiylə qiymətləndirməyə cəhd etməlidir. Ölümün soyuq ürpərtilərindən xilas olmanın yeganə çarəsi, ancaq saleh bir ömür yaşamağa səy etməkdir. Çünki ölümə hazır olanlar, ölümdən qorxu hiss etmək yerinə onu əbədi bir vüslət vəsiləsi olaraq dərk edərlər. Bunlar, “ölümü gözəlləşdirəbilmə” nin hüzuruna çatmış məsud qullardır. Lakin gafil bir həyat yaşayaraq axirətini mahv edənlər isə, ölümün qorxunc və qaranlıq girdabı qarşısında soyuq ürpərtilər eşitməkdən xilas ola bilməzlər. ”

Mənbə:İslamveihsan.com

 

Read Previous

Ariflə alimin fərqi: ELM və İRFAN

Read Next

Zindanda da olsa təbliğ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.