• 22 Dekabr 2024

Zindanda da olsa təbliğ

zindanHz Peyğəmbər (səv) “Əmriniz altındakılara Yusuf surəsini öyrədin. Çünki hər hansı bir Müsəlman onu ev əhlinə və köləsinə öyrədərsə Allah Təala da onun səkəratı- məvtini (ölüm anını) rahatlaşdirar, heç bir Müsəlmana həsət etməməsinə qarşı güç-qüvvət verər. ”   deyə Buyurmuşdur. Çünki bu mübarək surədə firqət (ayrıliq)və vuslət, həbs və xilas, fərarilik və təltif, kimi bir insanın başına gələ biləcək bir çox çətinlik və asanlıq var. Yusuf (əs) bütün bunların Allahdan gəldiyi şüuruyla səbir və təslimiyyətlə qarşılamış, hər dəfə sədaqəti, iffəti, ehsanı seçimişdir. Bu səbəblə Yusuf surəsində insanoğlunun Allaha xəlifə olmasının sirləri gizlidir deyilmişdir.

Biz burada, zindandakı iki gəncin suallarıyla Yusuf (əs)- ın cavabı üzərində dayanmaq istəyirik. Ayələrdə belə buyurulur: “Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!” (Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!”(12 / 36-37) Burada, zindandakı gənclərin “Biz səni yaxşı adamlardan olduğunu görürük” demələri əvvəlcə diqqət çəkir. Demək ki, suallar uyğun bir üslubla soruşulmalı; cavab verəcək şəxsin xüsusiyyətləri səmimiyyətlə ifadə edilməlidir.

Cavaba gəlincə; Yusuf (əs) zindan yoldaşlarının yuxularını yozmamışdan qabaq, özünün haqq din üzərə olduğunu və sahib olduğu yuxu yozma elminin, Cənabı-Haqq tərəfindən ehsan edildiyini söyləmiş, özünün acizliyini ifadə edərək onların diqqətlərini Cənabi-Haqqa çevirmişdir. Sonra onları tövhidə hazırlayaraq haqq dini özlərinə təbliğ etməyi arzu etmişdir. Tövhidi izah edərkən də onlar üçün meyar olur düşüncəsiylə əvvəlcə öz həyatından bir misal vermişdir. Özünün, Allaha və axirət gününə inanmayan bütpərəst Misirlilərin dinlərinə əsla iltifat etmədiyini, bundan şüurlu bir şəkildə üz çevirdiyini söyləmişdir. Beləcə, zindan yoldaşlarının mövcud hallarının doğru olmadığını hiss etdirmiş, onları “Mövcud halımız doğru deyilsə nə etməliyik?” sualı üzərində düşünməyə sövq etmişdir. “Bundan sonra həm öz şəxsiyyətini açıqlamaq və həm də izlənilməsi gərəkən doğru yolu göstərmək üzərə belə demişdir:” Mən ata-babalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Allaha hər hansı bir şeyi şərik qoşmaq bizə yaraşmaz. Ey mənim zindan yoldaşlarım! Müxtəlif tanrılar mı daha yaxşıdır, yoxsa gücünə qarşı dayanılmaz olan bir tək Allah mı? Allahı tərk edib ibadət etdikləriniz sizin və atalarınızın qoyduqları bəzi adlardan başqa bir şey deyil. Allah onlar haqqında hər hansı bir dəlil nazil etməmişdir. Hökm yalnız Allaha aiddir. O sizə özündən başqasına ibadət etməməyi əmr etmişdir. Doğru din budur …

“Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)”(12 / 38-41)

Göründüyü kimi Yusuf (əs) zindandakı gəncləri əvvəlcə verəcəyi mesaja hazırlamağı üstün tutmuş, gördükləri yuxunun şərhini bundan sonra xəbər vermişdir. Bu mübarək ayələr xüsusən də Yusuf (əs) -ın təbliğ üslubunu bildirməkdə, ümumiyyətlə nəbəvi yolda gedərək İslamın dəyərlərini gələcəyə daşıyacaq təbliğ ərlərinə yol göstərməkdədir. Sual soruşmanın nəzakətiylə, faydalı olacaq cavabın sərhədlərinə işarə edilməkdədir. Müxtəlif ayələrdə sualların necə soruşulması lazım olduğunu bildirdiyi kimi, necə soruşulmayacağı da öyrədilməktədir. Yusuf (əs) -ın ayələrdə zikr edilən davranışı bizlər üçün əhəmiyyətli bir nümunədir. Buna görə möminlər ən çətin şərtlərdə belə hər cür yaxşılıq və gözəlliyi əmr ya da tövsiyə etməli; hər cür pisliyi əngəlləmək üçün səlahiyyətləri və imkanları daxilində çalışmalıdır. Bunu edərkən asanlıqla yadda qalacaq misallar vermək, lazım olsa şəxsən təcrübə etdiyi hadisələrə toxunmaq yerində olacaqdır.

Mənbə:islamveihsan.com

Read Previous

Ölümün ürküdücü ağırlığı “ Son Nəfəs”

Read Next

Dünya ehtiraslarına qapılıb axirəti unutmaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.