• 24 Noyabr 2024

Suriyalı qızın vəsiyyət məktubu oxuyanların ürəklərini parçaladı

mektubƏsədin zülmüdən ölkələrini tərk edib başqa ölkələrə sığınan Suriyalı qaçqınlar, çox böyük çətinliklər yaşayır. Başda Aylan Kurdi olmaq üzrə Suriyalı uşaqların yaşadığı dramlar bütün dünyan müsəlmanlarını kədərləndirir. Son olaraq bir Suriyalı uşağın ölmədən əvvəl yazdığı vəsiyyət məktubu oxuyanları ağlatdı.
Dünyada son iki ildir böyük bir dram yaşanır. Əsəd zülmündən qaçan Suriyalı qaçqınlar başda Türkiyə olmaq üzrə dünyanın dörd bir yanına dağılır. Ancaq bütün Suriyalı qaçqınlar getdiyi yerlərdə çətinliklər yaşayır. Bu qaçışdan ən çox təsirlənənlər isə uşaqlar olur. Keçən il Aylan Kurdi boğularaq həyatını itirmişdi. Uşaqların dramını ən yaxşı izah edən hadisələrdən biri də dünən yaşandı.
Suriyalı kiçik bir qızın yazdığı vəsiyyət məktubu, vicdanların kirləndiyini bir dəfə daha gözlər önünə sərdi.
Sosial mediada paylaşma rekordları qıran Suriyalı qız, çəkdiyi şəkillə tabutun içində özünü təsvir edərkən, ailəsinə yazdığı vəsiyyət: “Bu mənim vəsiyyətimdir. Canım anam! Səndən mənim gözəl gülüşlərimi xatırlamanı və yatağımı olduğu kimi saxlamağını istəyirəm. Və sən Bacım! Yoldaşlarıma də ki: ‘O aclıqdan öldü…’ Və sən qardaşım! Kədərlənmə! Amma, ikimizin birlikdə, ‘Biz aciq! ..’ dediyimizi xatırla. Ey Ölüm mələyi! Tez gəl və ruhumu al ki artıq cənnətdə yemək yeyim. Mən çox acam. Və ey ailəm! Mənim üçün qorxmayın. Mən sizin yerinizə də cənnətə yeyəbildiyim qədər çox yemək yeyəcəm “oxuyanların ürəklərini parçaladı.

Mənbə:islamveihsan.com

Read Previous

Peyğəmbərimizin (s.ə.s) Vəfatı

Read Next

ADƏTLƏR VƏ XÜRAFƏLƏR – I yazı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.