• 22 Noyabr 2024

Böyük alim, Allah dostu Osman Nuri Topbaş əfəndidən uşaqlıq xatirələri

osmannuritobbasHər insanın uşaqlığından bir çox xatirəsi vardır. Bunlardan bəziləri insanda dərin izlər buraxmışdır. Mən də üzərimdə iz buraxmış olan bəzi uşaqlıq xatirələrimdən bəhs etmək istəyirəm.
Uşaqlığım İstanbul Erenköydə keçdi. O zamanlar evlərin ətrafı baxça idi. Ayrıca alt mərtəbələrdə bir qonaq salonu vardı və səmimi, mehriban ziyarət olardı. Xüsusilə Ramazanlarda verilən iftarlarla həmin salon dolub daşardı.
İftara ayrı-ayrı günlərdə və fərqli peşə və qrupdan insanlar çağrılırdı. Bir gün arabaçılar, bir gün işçilər, bir gün zibil daşıyanlar, bir gün zəngin işadamları, bir gün imam və müəllimlər və sairə dəvət edilirdi. İftardan sonra onlara “diş kirayəsi” deyə yayılmış olan bir hədiyyə təqdim edilirdi. Bu hədiyyə, bəzən paltar üçün bir parça, bəzən də həmsöhbətlərin vəziyyətinə görə zərf içində bir miqdar pul olardı. Təravih namazından sonra çaylar içilər, hər qrup öz dünyası üzrə söhbət edərdi. O dəmlər, ürəklərin qaynaşdığı və bir-birləriylə fərəhləndiyi ən gözəl vaxtlardı.
Uşaqlığımda diqqətimi çəkən xüsuslardan biri də qonşular arasındakı gözəl münasibətlər idi. Qonşu, qonşuya qohum kimi davranardı. Bu səmimiliyə görə mən də uşaq olduğum üçün qonşularımızı əqrabalarımızla ayıra bilməzdim. Varlı qonşular, möhtaclara bir məhəbbət və şəfqət qucağı halında idi. Məhəllə sakinləri, əlbirliyi ilə möhtacların, qəriblərin ehtiyaclarını aradan qaldırar və yetim qızların cehizlərini hazırlayardı.
O zamanlarda vərəm epidemiya halında idi. Antibiotiklər yox idi. Vərəm xəstələri daha çox şamlıq yerlərdə müalicə görərdilər. Məhəllə sakinləri, bu vərəmli gənclərə böyük bir şəfqət göstərirdi. Çünki vərəmli gənclərin müalicəsi, ancaq şamlıq yerlərdə, şam tənəffüs etdirərək olardı. Erkən yaşda vefatlara çox rast gəlinərdi. Mərhəmətli qonşu və məhəllə sakinləri, onların qanlarını artıracaq qidalar aparardı.
Xəstə ziyarətləri, hər ailənin birinci işiydi. Ziyarətə maddi vəziyyətə görə, şorba və digər yueyəcəklər apararaq gedilərdi. Ziyarətlər qısa tutulur, xəstənin könülünə sevinc verilirdi.
Cənazə də elə idi. Xətimlər, dualar, həmişə birlikdə edilərdi. Üç gün cənazə evinə yemək daşınırdı.
Əlli il əvvəl soyuducu çox nadir olardı. Soyutma üçün bağçalardakı quyulara qablar salınırdı. Soyuducu olan ailələr də axşamçağı qonşularına buz ikram edərdilər. Bu və bənzəri ikramları da xüsusilə uşaqlarla göndərirlər, onlara kiçik yaşda alçaq könüllülük, yardımlaşma və xidmət təhsilinin zəmini hazırlanırdı.
Uşaqlığımda Erenköy Sahili boş idi. Dənizlə qurunun birləşdiyi yerlərdə təxminən iki metr qədər qumsallıq sahə olardı. Uşaqlarla qumdan evlər tikərdik. Bir müddət sonra da aramızda anlaşılmazlıq çıxar və bir-birimizə: «Sən mənim yerimə keçdin!», «Xeyr, əsl sən mənim sərhəddimə girdin!» Deyə çekişirdik. Sonra bir dalğa gəlir və paylaşama bilmədiyimiz o qumdan evlərimizi dümdüz edib gedərdi.
Bu xatirələr, bu gün bunu düşündürür ki, kiçikliklə böyüklük arasında ancaq bir dərəcə fərq vardır. Yaş irəlilədikcə insanı, fərqli və ağıl almaz ehtiraslar, boş təlaş örtür. Ancaq nəticədə hamısı də bir son nəfəs zəlzələsi yaxud dalğası ilə son tapar.
Çox ibrətlidir ki, bu qədər ilahi tənzimə kor olanlar üçün həyatın sonu, nə faciəvi bir aldanışdır.
Uşaqlıq zamanımızda məhəlləmizdə ən çox həyəcan duyduğum vaxt isə, əzani Məhəmmədinin əsl şəklində oxunmasına icazə verildiyi gün oldu. Hər kəs o gecə erkəndən qalxaraq səhər azanını gözlədi. O gecə sanki bir bayram səhərinə hazırlıq gecesiydi. Hətta anam da axşamdan bizə:
“-Bu Səhər əsl azan oxunacaq; erkəndən qalxaq ki, o anı qaçırmayaq! “deyə təmbehləmiş, ev xalqı dəyişik bir həyəcan iqliminə girmişdi.
Sanki o səhər, Həzrəti-i Bilalın Kəbədə ilk azanı oxuyuşundaki mənəvi hissiyyat və həyəcan bürümüşdü könülləri. Sabah küləyi, onun Mədinədəki azan sədalarını da əksetdirirdi. Çünki azan, millətimiz üçün tam fərqli bir şövq və həsrət idi. Necə ki bəzən, ölkə xaricinə çıxınca da bu həsrəti həmişə yaşayırıq. Vətənə dönərkən də insanın ürəyi tamam ayrı bir sürür və həyəcana qərqolur. Allah; Quran, azan və bayrağımızı, vətənimizi və millətimizi hər cür təhlükələrdən qorusun. Şərlərdən mühafizə etsin … Amin!

Mənbə:islamveihsan.com

Read Previous

Uşaqlarınızı cizgi filmlərinin əsiri etməyin!

Read Next

Nə üçün yaşayırsınız???

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.