İkinci Akabə bialtında peyğəmbər əfəndimiz (səv)-in 75 adam içərisindən seçdiyi on iki nümayəndədən biri Üseyd min Hudayr (ra)-dır. Rəsulullah əfəndimizin bütün döyüşlərində iştirak edən Hz. Üseyd, bir gecə Quran oxuyarkən başından keçən hadisəni belə izah edir:
Bir gecə Bəqərə surəsini oxuyurdum. Atım da yanımda bağlı olduğu halda dayanırdı. Bir ara at şahlanmaya başladı. Oxumağı kəsdim, at sakitləşdi. Təkrar oxumağa başladım, at yenə şahlandı. Hətta oğlum Yəhyanı atın çiynəməsindən qorxaraq yanıma aldım.
O əsnada səmaya baxdığımda üzərimdə qəndillərə bənzər bir şeylər olduğunu gördüm. Sonra onlar göyə doğru yüksəlib gözdən itdi.
Səhər, olub bitəni Rəsulullah (səllallahu əleyhi və səlləm)-ə anlattığımda mənə:
“-Oxu Ey Üseyd, oxu!” Buyurdu. Və sonra:
“-Ey Üseyd! O gördüklərinin nə olduğunu bilirsənmi? “Deyə soruşdu.
“Xeyr.” Dedim.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm):
“-Onlar, Sənin Quran tilavətini dinləməyə gələn mələklərdir. Əgər sən oxumağa davam etsəydin, səhərə qədər səni dinləyəcəkdilər. O mələklər, insanlara gizli qalmayacaq, insanlar da onları görəbiləcəkdilər.”Buyurdu. (Buxari, Fəzailül-Quran, 15)

Mənbə:islamveihsan.com