• 23 Dekabr 2024

Müsəlmanı öldürməyin cəzası

musluman_oldurmek2-702x336Rəsulullah (səllallahu əleyhi və səlləm), Mədinəyi Münəvvərəyə doğru yola çıxmadan əvvəl hədəf çaşdırmaq üçün Əbu Qatadeyi bir qrub şəxslə birlikdə Nəcd bölgəsinə göndərmişdi.

Bu birlik, “İzam” deyilən bir yerə çatdıqlarında Amir ibn   Adbat adlı bir şəxslə qarşılaşdılar. Amir müsəlmanlara salam verərək kəliməyi şəhadət gətirib iman etdiyini bildirdi. Ancaq Əbu Qatadə ilə birlikdə gələnlərdən Muhallim ibn Cessamə, keçmişdə baş vermiş şəxsi bir münaqişə səbəbiylə Amiri həqiqətən müsəlman olmadığını söyləyərək öldürdü və əşyasına da qənimət malı deyə əl qoydu.

Əbu Qatadə və birliyi Nəcddən döndüklərində Allah Rəsulu səllallahu əleyhi vəsəlləm, Huneyn Vadisində günorta namazını yeni əda etmiş və ətrafında səhabələriylə birlikdə bir ağacın altına oturmuşdular. Hadisə peyğəmbər əfəndimizə xəbər verildiyində bu ayəti kərimə nazil oldu:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

“Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!”(Ən-Nisa, 94)

O əsnada Amirin yaxınları gəlib Muhallimdən şəkayət etdilər. Həzrəti Peyğəmbər (səllallahu əleyhi və səlləm)-in hüzurunda, uzun-uzadı bir mühakimədən sonra Amirin vərəsəsinin iştirakıyla diyet ödənməsinə qərar verildi və: “Muhallim gəlsin Allah Rəsulu onun üçün istiğfar etsin!” Dedilər. Muhallim gəlincə Allah Rəsulu səllallahu əleyhi və səlləm soruşdu:

“Amir Müsəlman olduğunu söylədiyi halda sən onu nə üçün öldürdün ?” Bu səfər Muhallim:

“Ey Allahın Rəsulu! Mənim bağışlanmağım üçün dua et! “Demək məcburiyyətində qaldı. Muhallimin bu ifadəsi, günahı bilə-bilə işlədiyinin bir etirafı idi. Müsəlman olduğu halda və heç bir günahı olmayan bir kimsəni öldürmüş olduğundan, günahı bağışlanacaq bir günah deyildi. Əgər bu barədə ən kiçik bir güzəştə gedilərsə, sonradan cəmiyyət içində bu cür cinayətlərin qarşısı alına bilməzdi. Buna görə, aləmlərə rəhmət olaraq göndərilmiş olan Rəsulullah səllallahu əleyhi və səlləm, Muhallimin, işlədiyi bu ağır cinayət səbəbiylə onun istiğfar tələbini rədd etdi və hətta: “Allah səni bağışlamasın!” deyə buyurdu. [1]

Hz. Peyğəmbərinin qəzəbinə düçar olaraq Rəsulullahın yanından ayrılan Muhallim, evinə qapandı. Bir həftə sonra da kədərindən öldü. Yaxınları, onu dəfn etdiklərində torpaq bu cəsədi qəbul etmədi. Təkrar təkrar basdırdılarsa da , hər səfərində torpaq onu çölə atmaqdaydı. Çarəsizlik və təşviş içində Həzrəti Peyğəmbər səllallahu aleyhi və səlləmin yanına gələrək vəziyyəti ərz etdilər. Allah Rəsulu səllallahu əleyhi və səlləm də: “Bu Torpaq, ondan daha betərlərini sinəsinə qəbul etmişdir, ancaq Allah Təala, sizə bir ibrət göstərmək və -Lə ilahə illallah- kəliməsinin qədrini bildirmək istəyir!” Buyurub, Muhallimi təkrar qəbirinin üzərinə daş qoyaraq dəfn etmələrini söylədi. (Əhməd, V, 112; İbn-i Macə, Fitən, 1; İbn-i Hişam, IV, 302; Vaqidi, III, 919)

Rəsulullah -səllallahu əleyhi və səlləm-, “Lə ilahə illallah” kəliməsinin haqqına və hörmətinə riayət etməmənin nə qədər böyük bir qəbahət   və bir müsəlmana haqsızlıq etmənin, onu dünyəvi mənfəətlər uğruna öldürmənin nə qədər ağır bir günah olduğunu göstərmək üçün bu şəkildə davranmış, insanları bu cür hərəkətlərdən şiddətlə çəkindirmişdir.

Bu hadisə, kəliməyi tövhidi söyləyən hər kəsin müsəlman qəbul edilməsi lazım olduğunu bildirir. Bu vəziyyətdəki bir adamın, zahirə əksetməyən bir küfrü yox isə ona sui- zənn edilməsi haramdır.

Bu vəziyyət, müsəlmanların hökm verərkən zahirə baxmaları lazım olduğunu və bu xüsusun nə qədər mühüm olduğunu da göstərir. Çünki insanın zahirə görə hökm etməkdə belə yanılma ehtimalı olduğu halda, bir də ona təsbiti qeyri-mümkün olan batini əhvala dayanma səlahiyyəti tanınsaydı, insanlar şəxsi qənaətlərinə görə bir çox haqsızlıqlara əl atmaqdan xilas ola bilməzdilər.

Zahirə görə hökm vermənin bir digər səbəbi də, saleh əməl sahibi olmayan bəzi kəslərin; «Sən mənim qəlbimə bax!» Kimi bir bəhanəyə sarılmalarının qarşısını almaqdır. Zahirə görə hökm etmək, münafiqlərin, bir müddət görüntüdə etdikləri düzgün əməllərlə özlərini gizləyib nifaklarını daha təsirli bir surətdə icra etmələrinə imkan verən bir zəiflik kimi görünsə də, ədaləti zənni dəlillərlə icra etmək kimi böyük zərərlər doğuran bir vəziyyətə mane olmaqdadır.

[1] Hadisəni nəql səhabə deyir ki: “Biz öz aramızda; «Rəsulullah onun üçün istiğfar etdi, lakin etdiyi işin pisliyini ifadə və insanların bir-birlərini öldürmələrinə mane olmaq üçün belə davrandı.» Deyə danışırdıq. “(Əhməd, V, 112; İbn-i Hişam, IV, 304)

Mənbə:islamveihsan.com

 

Read Previous

Ailə xoşbəxtliyi üçün nələrə diqqət etmək lazımdır.

Read Next

Quran tilavətinə gələn mələklər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.