Zəkasına güvənib qədər dənizində üzməyə çalışanların bir çoxu “cəbriyyəcilik” və “qədərcilik” kimi batil bataqlıqlarda çırpınıb dururlar. Nəhayət o dibsiz və sahilsiz dənizin içində boğularlar. Belə məsələlərdə ağıl və idrakın bitdiyi nöqtədə, könül aləmində təslimiyyətlə bir miqdar məsafə qət etmək mümkündürsə də, qədərin mütləq nəhayətinə çatmaq mümkün deyil. İnsanın bu həqiqəti qavrayıb həddini bilməsi, kamil bir qul olmasının şərtlərindəndir.
Həzrət Mövlana, qədər sirrinin ağılla izah və idrakının mümkün olmadığını, qədərin sirr olmasının əslində çox böyük bir nemət olduğunu bu hekayəsiylə nə gözəl ifadə edir:
“Bir adam Musa (ə.s)-ın yanına gələrək: «-Ey Kəlimullah! Mənə heyvanların dillərini öyrət! Onların sözlərini anlayıb hallarından ibrət alım, əzəməti- İlahiyyəni idrak edim!..»dedi. ” “Həzrəti Musa (əs) o adama dedi ki: «-Sən Bu istəyindən əl çək! Gücünün üzərindəki işləri öyrənməyə çalışma! Bir qarışqa, göldən, həcminin üzərində su içmək istəsə, boğulub həlak olar. Yəni sənə təqdir edilənin sərhədlərini zorlama! Çünki bunun bir çox təhlükələri vardır! Sən idrak edə bildiyin qüdrət axışlarından , İlahi əzəmət və səltənətdən ibrət almağa çalış! Qəlbini uca Allaha istiqamətləndir! Bil ki İlahi təcəllilərin sirləri səlim bir ürəyə aşikar olur! »” “Bunun üzərinə adam: «-Heç Olmasa qapı qarşısında yatıb duran it ilə ev heyvanlarının dillərini öyrət!» Dedi. ” “Nə etsə də, adamı istədiyindən əl çəkdirəbilməyəcəyini anlayan Musa (əs), onun son tələbini qəbul etdi. Ancaq:
«-Ağlını Başına al; bu sirr dəryasında boğulma! »deyə xəbərdarlıq etdi.”
“Adam səhər: «Baxım görək həqiqətən bu heyvanların dillərini öyrəndim mi?» deyə sınamaq üçün qapı astanasında dayanıb gözlədi. ” “O əsnada xidmətçi qadın, süfrəni silkələyərkən bir parça bayat çörək yerə düşdü. ” “Orada olan xoruz, bu çörək parçasını dərhal aldı. İt ona: «-Sən Bizə zülm etdin! Çünki sən buğda dənəsi də yeyə bilərsən. Halbuki mən yeyə bilmirəm! Nə üçün mənim nəsibim olan bu parça çörəyi götürürsən? »Dedi. ” “Xoruz isə itə: «-Qəm Yemə, sabah ev sahibinin atı öləcək, sən də doya-doya yeyərsən!» Dedi.” Xoruzun, qeybdən bir xəbər verdiyini zənn edən ev sahibi bu sözləri eşidəndə, dərhal atını satdı. Xoruz da, itə qarşı məhcub oldu. ” “Ertəsi gün yenə çörək parçasını xoruz qapınca bu səfər it: «-Ey yalançı xoruz! At haqqında söylədiklərin nə oldu?»Dedi. ” Xoruz: «-Mən doğru söylədim, amma ev sahibi atı satdı və ziyanı başqalarına yüklədi. Lakin heç narahat olma, sabah qatırı öləcək; itlərə ziyafət olacaq! »dedi. Bunu eşidən Hirsli adam, tez qatırı da bazara aparıb satdı. Öz ağlına görə qəmdən və ziyandan xilas oldu. Üçüncü gün it, xoruza dedi ki:
«-Ey Yalançıların bəyi! Harada qaldı sənin vədin? » Xoruz: «Adam Qatırı da satdı. Lakin sabah köləsi öləcək, dilənçilərə və itlərə çörək paylanacaq! »Dedi. Adam bu sözü də eşidincə, köləsini də satdı . Ziyandan xilas olduğunu düşünərək sevincindən üzü parladı. Şükürlər etdi. Zavallı saf adam öz-özünə sevinc içində:
«-Dünyada Başıma gələ biləcək üç fəlakətdən xilas oldum! Çox şükür, xoruzla itin dillərini öyrəndiyimdən bəri, pis qəza və qədərdən özümü qurtardım! »Deyərək özünü təsəlli edirdi. Ertəsi gün də ümid etdiyi boşa çıxan, buna görə xəyal qırıqlığına uğrayan it, son dərəcə hirsli bir şəkildə: «- Ey boş-boş vədlər verən xoruz! Söylədiklərinin heç birisi doğru çıxmadı. Sən yalandan başqa bir şey bilmirsənmi? »Dedi. Olanlar üzündən üç dəfə məhcub hala düşən Xoruz, itə belə cavab verdi: «-Əsla! Mən də, mənim cinsimdən olan digər xoruzların da təbiətlərində yalan yoxdur. Həqiqət budur ki, o gözü açıq əfəndi guya malını xilas etdi. Lakin bu davranışı ilə öz qanına girdi. Artıq sabah özü öləcək! Varisləri də fəryad fəğan edəcəklər. Bir öküz kəsiləcək, bundan hər kəs istifadə edəcək; biz də sən də!”
“Atın, qatırın və kölənin ölümləri, bu xam adamın başına gələcək pis qəzanın sipər və qalxanı idi. Lakin o, malın ziyanından və zərərə uğramaq dərdindən qaçdı və öz qanına girdi. » Axmaq adam, xoruzun bu sözlərinə qulaq şəklədi. Duyduğu həqiqət qarşısında üzü saraldı. İçinə müdhiş bir qorxu düşdü. Həzrəti Musanın yanına qaçdı. Həzrəti- Musaya: «-Ey Kəlimullah! Fəryadıma çat!» deyə yalvarmağa başladı.
Musa ə.s dedi ki: «-Sən Özündən böyük işlərə girdin. İndi də çıxmazlarda gəzirsən. Sən o heyvanları satmaqla qazanclı çıxacağını mı sanırdın? Mən sənə bu qədər və qəzanın sirrini çətinləşdirməməni israrla söyləmişdim. Ağıllı adama, sonda görüləcək şey əvvəldən görünür; axmağa da sonunda! Lakin iş işdən keçmiş olur. Madam ticarət və satış işində usta oldun; indi də canını sat da qurtul! » Adamın böyük bir peşmanlıq içində yalvarması üzərinə Həzrəti Musa:
«-Ox Yaydan çıxmışdır artıq! Onun geriyə dönməsinə imkan yoxdur. Ancaq lütf sahibi Haqqdan diləyirəm ki, ölərkən imanlı gedəsən! »Dedi. Musa -aleyhisselam-, Uca Allaha iltica etdi. Beləcə adamın canı müqabilində imanla köçməsi, Kəlimullahın duası bərəkəti ilə müyəssər oldu. Ayrıca Allah Təala, Həzrəti Musaya:
«Ey Musa! İstəyirsənsə onu dirildim.»buyurdu. Həzrəti Musa da:« Ya Rəbb! Sənə sonsuz həmd və şükürlər olsun! Sən onu o biri dünyada, o işıqlı və uca aləmdə dirilt! Çünki ora əbədidir, qəza və qədərin əsrarının ortaya çıxdığı bir yerdir!» dedi.” (Məsnəvi)
Bu hekayədən də aydın olduğu kimi insan, bəzən öz haqqında xeyirli olmayan şeyləri ehtirasla istəyib durur. Halbuki arzu etdiyi şey, bəlkə də özünü həlaka aparacaq bir aqibətə düçar edəcəkdir. İlahi əzəməti dərk edib təvəkkül və təslimiyyət içində ola bilmək dünya və axirət xoşbəxtliyi üçün ən gözəl bir haldır. Lakin bu da hər kəsin işi deyil. Qulun öz heçliyini qavraya bilməsi, sonsuzluq sərmayəsidir. Yəni qəza və qədər qarşısında Haqqa təslim olmaqdan başqa çarə yoxdur. Çünki, təvəkkül və təslimiyyət, qədəri sevinc halına gətirən bir rəhmət qapısıdır.
Qədərdəki bu gizlilik, hikmət pəncərəsindən baxanlar üçün bir qəhr səbəbi deyil, əksinə son dərəcə böyük bir lütfdür. Çünki bəşərin taleyi bilməsi halında, bir çox zərərin yanında bir də içindən çıxılmaz təhlükə və fəlakətlərə düşəcəyi bir həqiqətdir. Məsələn şəfası olmayan bir xəstəliyə tutulub can verəcək olan kimsənin, vəfat hadisəsinin reallaşacağı ana qədər narahatlıqdan uzaq qala bilməsi, qədərin bu məchuliyyəti sayəsindədir. Lakin bir kimsə öləcəyi zamanı bilsə, ölümün özünə yaxınlaşdığı illərdə, kədərdən əli ayağı tutular, bir iş görə bilməz hala gələr, dəfələrlə ölüb dirilərdi. Evladının özündən əvvəl öləcəyini bilən bir ana, illər əvvəlindən bu vəziyyətin matəmini saxlayardı.
Son zamanlarda artan stress, intiharlar, cüzi iradənin zəifliyə uğramasının təbii bir nəticəsidir. Mənəviyyat məhrumluğunun gətirdiyi qəmli bir aqibətdir. Mənəvi təhsildən uzaq bir qəlbin, nəfsani arzulara əsir olması təbiidir.Qədərə iman isə insanı qeybə çəkən, görünəndən görünməyənə aparan, həyatın surprizlərini sükunət ilə qarşılayan bir təslimiyyət və fərah halının yaşanmasıdır.
Mənbə:gencdergisi.com