Şeyx Sədi həzrətləri buyurur:
“Kapına bir yoxsul gələrsə, əli boş göndərmə. Allah göstərməsin, bəlkə bir gün sən də yoxsul olub, qapı-qapı gəzməyə məcbur olarsan. ”
Allah Rəsulu (səllallahu əleyhi və səlləm) əfəndimiz buyurur ki:
“Sizdən biriniz, özü üçün arzu edib istədiyi şeyi, din qardaşı üçün də istəmədikcə, həqiqi mənada iman etmiş olmaz.” (Buxari, İman, 7; Müslim, İman, 71-72)
Peyğəmbər əfəndimiz (səv)-in bu hədisi şərifinə görə, öz başımıza gəlməsini istəmədiyimiz heç bir çətinliyi, din qardaşlarımıza də rəva görə bilmərik. İslam, bu dərəcədə həssas bir vicdan və həssa bir bir ürək istər. Qəriblərə, muhtaclara, kimsəsizlərə, özümüzü onların yerinə qoyaraq baxabilməmizi əmr buyurur.
Necə ki, Allahu təala, ayəti kərimələrdə belə buyurmaqdadır:
“Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma!”(Əd-Duha, 9-10)
Yenə Cənabı Haqq digər bir ayəti kərimədə də قَوْلًا مَيْسُورًا buyurmaqdadır. Yəni bir muhtaca infaq edəcək heç bir imkanımız yoxdursa, ona arxa çevirməyib ən azından onu təsəlli etməmizi istəməkdədir. Heç bir şey veremesek belə heç olmasa, şirin dillə, onu təsəlli edəcək bir neçə söz söyləməmizi əmr etməkdədir. (Baxın. Əl-İsra, 28)
Yenə Rəbbimiz belə buyurmaqdadır:
“Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!” (əl-Bəqərə, 263)
“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!”(Əl-Bəqərə, 264)
Həzrət Mövlana da, qəlbi qırıq, qəmli möhtaclara qarşı son dərəcə diqqətli olmamız lazım olduğunu ifadə mahiyyətində:
“Yoxsul adam, comərdin güzgüsüdür. Əsla aynaya qarşı qəlb qırıcı sözlər söyləyərək onu buğlandırma.” Buyurmaqdadır.
Bizlər də bu gün mərhəmətimizin, şəfqətimizin, fədakarlığımızın səviyyəsini, biçarə din qardaşlarımızın könül güzgüsündə seyr edərək halımızı nəzərdən keçirməliyik.
Çünki bir Ərəb atasözündə; “من دق دق” deyilməkdədir. Yəni hər kəs öz etdiyinin qarşılığını görür. Bu gün yaxşılıq edən, sabah yaxşılıq görür. Bu gün muhtaca arxa çevirənə isə sabah möhtac olduğunda arxa çevrilir.
Şeyx Sədi həzrətləri buyurur:
“Birinə yaxşılıq etdiyin zaman; -Mən bəyəm, zənginəm, o isə mənə möhtacdır! deyə təkəbbürlənmə! Dünya, o möhtac kimsəni vurmuş demə! Çünki vuran qılınc hələ qınına girməmişdir, ola bilsin ki, o qılınc bir gün səni də biçər.”
Dünya həyatı, eniş-çıxışlarla, acı-şirin sürprizlərlə dolu bir imtahan mövsümüdür. Xeyr və şərrin Allahdan olduğuna inanmaq, iman əsaslarından biridir. Cənabi-Haqq biz qullarını bəzən xeyirlə bəzən də şərlə imtahan edər.
Yəni bu imtahan aləmində nələrlə qarşılaşacağımız məchuldur. Məşhur bir deyimlə desək “الليلة حبلى” gecələr hamilədir. Lakin, hansı sürprizlərə hamilə olduğu məchuldur. Beləliklə heç bir zaman mövcud halımıza baxıb “nə oldum” deməməli, arxayın olamamalı, əksinə “axır və aqibətinin nə olacaq” dərdiylə ayıq sayıq olmalıyıq.
Mənbə:islamveihsan.com