Susuzluqdan çatlamış bir torpağın bərəkətli yağışlara həsrət qalması kimi, cəmiyyətimizdə də xidmət və səmimiyyətə həsrət qalan, bir qanadı qırıq yetimlər və yoxsullar vardır. Onlar bizə Allahın əmanətləridir.”… Sən onları simalarından tanıyarsan …” (əl-Bəqərə, 273) ayəsinə qulaq verən möminlər, ehtiyac sahibi olmasına baxmayaraq, insanlardan bir şey istəyə bilməyən kəslərin cəmiyyətimizdə var olduğunundan xəbərdar olmalıdır.
Uca Allah bir çox ayəti kərimədə, Həzrəti Peyğəmbər (səllallahu əleyhi və səlləm) də bir çox hədisi şərifdə, insanları möhtaclara xidmət etməyə təşviq edərək yetim və yoxsulların himayəsinin zəruri olduğunu bildirmişlər. Ayəti kərimələrdə belə buyurulur:
“Yetimlərin mallarını (həddi-buluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.” (ən-Nisa, 2) “Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!” (əl-Bəqərə, 220)” (Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.” (əl-Bəqərə, 215)” Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-buluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər! “(ən-Nisa, 6)” Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!” (ən-Nisa, 8)”(Ya Rəsulum!) Səndən qadınlar barəsində fitva (əsasında hökm çıxarılan şəri məsləhət) istəyirlər. De ki: “Onlar barəsində fitvanı sizə Allah və Kitabdan (Qurandan) sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!”(Ən-Nisa, 127)
İbni Abbas (rra) belə nəql edir edir: “Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin…”(əl-Ən’am, 152) və “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.”(Ən-Nisa, 10) ayələri nazil olduqda, yanında yetim olan səhabəi kiram o dəqiqə gedib onların yeməyini və içəcəklərinii özlərinkindən ayırdılar. Yetimə aid yemək və içməklərdən bir şey artsa belə ona toxunmur, yetim yiyinceye və ya iylənib xarab oluncaya qədər onu saxlayırdılar” (Əbu Davud, Vesâyâ, 7/2871; Nəsai, Vesâya, 11)
Yetimə laqeyd yanaşmanın faciəvi aqibətini bildirən bu yaşanmış hadisə nə qədər də ibrətlidir: Təxminən 60 il qədər əvvəl Türkiyədə Hirkayi Şərif Məscidinin minarələrindən biri, şiddətli fırtına səbəbiylə yıxılır. Məscidin qarşısındakı evlərdən birinin üstünə düşən minarə, evdəki ana ilə bir uşağı əzir. Evdəki digər uşaq isə sağ-salamat xilas olur. Hadisədən sonra aparılan araşdırmalar nəticəsində aydın olar ki, xilas olan uşaq, ananın öz oğlu deyildi. Anaya ogey olan bu uşağı ana yatarkən öz yatağına almayıb onun qəlbini incitmişdi. Ölənlər də ana ilə öz uşağı idi. (Haşim Körpülü, Jilet-i Şerif və Veysel Karani, s. 28)
Əcdadımız, çarəsizləri, kasıbları, qadınları və yetimləri bir ibadət vəcdiylə mühafizə etmiş və onların izzət və şərəflərini qorumaq üçün də diqqət, nəzakət və səy göstərmişlər. Sədəqəni verənlə alanın bir-birini görməməsini təmin etmək məqsədilə məscidlərdə sədəqə daşları təşkil etmişlər və möhtaclara paylanacaq olan yeməkləri, onların incitməmək üçün gecə qaranlığında paylamışlar. Bunlar da hal-hazırkı dövrdə, insanlıq izzət və şərəfini layiqincə təqdir edə bilmək üçün əhəmiyyətlə xatırlanması və qazanılması lazım gələn həyat düsturlarıdır.
Günümüz şərtlərində, hidayət yolunu axtaranlara, zəiflərə, yetimlərə və gücsüzlərə mərhəmət dolu bir könüllə kömək əlini uzatmaq, xüsusilə yetim evlərində övladlarımıza mənəvi həssaslıq qazandırmaq, Allahu təalanın razı olacağı ən mühüm xidmətlərdəndir.
Ya Rəbbi! Qəlbimizi, Yaradandan ötəri yaradılana şəfqət və mərhəmət mənbəyi et! Günah və qüsurlarımızı, savab və gözəlliklərlə əvəz et! Amin!
Mənbə:islamveihsan.com