• 22 Dekabr 2024

Hz. Əbu Bəkirin (ra) söhbətinə qatılmaq istəyirsinizmi?

hz.ebubekir_sohbetiMusa b. Ukbə (ra) Hz. Əbu Bəkirin (ra) bir söhbətini belə nəql edir.
“- Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım diləyirik. Öldükdən sonra Ondan şərəf istəyərik. Çünki mənim də sizin də əcəliniz yaxınlaşdı. Mən şəhadət edirəm ki, tək olan və ortağı olmayan Allahdan başqa, Tanrı yoxdur. Məhəmməd də Onun qulu və Rəsuludur. Allah Onu yaşayanları xəbərdar etmək, sözünün (vədinin) də kafirlər əleyhinə reallaşması üçün haqqı müjdələyən, xəbərdar edici və parlaq bir çıraq olaraq göndərdi.
Allah və Rəsuluna itaət edən, doğru yolu tapmış olur. Sizə Allahdan qorxmağınızı, və Allahu Təalanın sizin üçün endirib, sizə doğru yolu göstərmək üçün göndərdiyi, kitabına sarılmanızı tövsiyə edirəm. İslamda ixlasdan sonra ən əhəmiyyətli şey, başınızdakı böyüklərinizi dinləmək və onlara itaət etməkdir. Kim ki, yaxşılığı əmr edib, pisliyə mane olan başçıya itaət edərsə, o, bəlkə, nicat çatmış və üzərinə düşəni ifa etmiş olur. Nəfsinizə uymaqdan çəkinin. Arzu, tamah və əsəbini məğlub edən, bəlkə, nicat tapar. Əsla qürurlanmayın! Torpaqdan yaradılıb təkrar torpağa dönəcək olan varlıqların qürurlanması doğru deyil. Sonra cəsədlərini qurd yeyər. Bu gün sağ olan sabah ölü deyilmi? Onun üçün ibadətlərinizi, günündə və saatında yerinə yetirin. Məzlumun ahından çəkinin! Gururlanarak dünyaya aldanıb qalmayın. Səbirli olun. Çünki hər şey səbirlə əldə edilir. Ayıq-sayıq olun! Çünki ayıqlıq faydalıdır. Əməl edin! Əməllər qəbul olunur.
Allahın, edildiyində cəza verəcəyini bildirdiyi şeylərdən çəkinin! Allahın vəd etdiyi rəhmətinə qovuşmağa cəhd edin! Anlayın ki, sizi anlasınlar. Qorunmağa çalışın ki qorunasınız. Allahu Təala sizə, sizdən əvvəlkilərin həlak səbəblərini və qurtuluş yollarını açıqlamışdır. Kitabında halalı, haramı, sevdiyi və sevmədiyi əməlləri də açıqlamışdır. Mən sizə və özümə biganə qalmayacağam. Allah özündən yardım istənəndir. Səhvdən uzaqlaşma və itaətə yönəlmə, ancaq Allahın köməyi ilə olar. Bilin ki, əməllərinizdə səmimi olduğunuz müddətcə, Rəbbinizə itaət etmiş, nəsibinizi almış və rifaha qovuşmuş olarsınız. Nafilə ibadətləri, göstərişsiz yerinə yetirin. Sizdən öncə gəlib-keçmiş əcdadınıza da sadiq qalın. Axirətdə Allahın lütfünə möhtac olduğunuz zaman mükafatınız verilir.
Ey Allahın qulları! Ölüb yox olan qardaşlarınızı düşünün. Onlar etdikləri əməlləri ilə həşr oldular. Öldükdən sonra bədbəxt və ya xoşbəxt oldular. Allahın heç bir şəriki yoxdur. İtaət etmək və əmrlərinə tabe olmaqdan başqa, Allahın heç bir qula yaxınlığı yoxdur ki ona xeyir versin və ya onu cəzalandırmaqdan vaz keçsin. Cəhənnəmə aparan xeyr, xeyr deyil. Cənnətə aparan şər də şər deyil. Söyləyəcəklərim bu qədər. Özüm və sizin üçün Allahdan əfv diləyirəm. Peyğəmbərimizə salatü salam gətirin. Allah ona da rəhmət etsin və salamatlıq versin. Allahın salamı, rəhməti və bərəkəti onun üzərinə olsun.”

Mənbə:islamveihsan.com

Read Previous

“Sən onları simalarından tanıyırsan” (Bəqərə 273)

Read Next

İmanın Bədəli Nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.