• 22 Noyabr 2024

Üzərində qul haqqı olan adamın cənazə namazı qılınarmı?

kul-hakkiCənazə namazında, halallıq alınarkən bir nəfər haqqını halal etmədiyini bəyan edərsə, cənazə namazı qılınarmı?

Cavab:Cənazı namazı əsnasında kiminsə vəfat edən şəxsə halallıq verməməsi cənazə namazının qılınmasına mane deyil. Dinimizə görə, qul haqqı böyük günahlardan sayılsa da, bunun ölənin cənazə namazının qılınmasına əngəl olan bir tərəfi yoxdur. Çünki nəticə etibarilə, qul haqqı olan şəxs günahkar sayılır, dindən çıxmış sayılmır. Bundan əlavə, təbii ki, cənazənin yaxınları həmin şəxsdən halallıq almalıdırlar. Ölənin hansı baxımdan həmin adama qarşı qəbahəti varsa, həmin məsələyə müvafiq olaraq halallıq alınmalıdır (borcu varsa borcu ödənərək və s.). Odur ki, bir müsəlman nə qədər günahkar olursa olsun, açıq-aşkar dindən çıxmış halda ölməyincə onun cənazə namazı qılınmalıdır.

Mənbə:irfandergisi.com

Read Previous

İntihar edən kimsənin cənazə namazı qılınarmı?

Read Next

Alış-verişlərdə alınan behlərin qaytarılmaması cazidirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.