• 23 Dekabr 2024

Alış-verişlərdə alınan behlərin qaytarılmaması cazidirmi?

beh_almak_vermekSual: Dəllallar (maklerlər) vasitəsilə edilən alış-verişlərdə əvvəlcədən “beh” verilir. Əgər bu alış-veriş tutmasa və ya alan vaz keçsə, bu beh geri qaytarılmır. Dəllalların aldığı bu pul halaldırmı?

Cavab: Hər hansı daşınmaz əmlakın alğı-satqısı zamanı “beh” adı ilə müştəri tərəfindən əvvəlcədən, yəni müqavilə bağlanan zaman ödənilən müəyyən məbləğin, daha sonra müştərinin həmin müqavilədən birtərəfli şəkildə imtina etməsi nəticəsində, verdiyi “beh”in satıcıya qalması məsələsi tarix boyunca müzakirə obyekti olmuşdur. Qurani-Kərimdə bu mövzu ilə bağlı hər hansı məlumat olmamaqla yanaşı, Sünnədə həm caiz olduğuna, həm də caiz olmadığına dəlalət edən hədislər vardır. Belə ki, bir hədisdə belə qeyd olunur: “Rəsulullah (s.ə.s) beh verilən satışı qadağan etdi”(Malik, “Müvəttə”, II, 151). Digər hədisdə isə belə buyurulur: “Rəsulullahdan (s.ə.s) beh verilərək edilən alğı-satqının hökmü soruşuldu. O, halal olduğunu bildirdi”(Şövkani, “Neylül-övtar”, V, 232).

Qeyd edək ki, İslam hüquqşünaslarının əksəriyyəti bu kimi müqavilənin etibarsız olduğuna və müqavilənin pozulması nəticəsində alınan behin geri qaytarılmasının vacibliyinə qərar vermişlər. Lakin İslam hüquqşünaslarının bəziləri də, bunun caiz olduğu fikrini irəli sürmüşlər. Xüsusilə, 1994-cü ildə İslam Fiqh Akademiyasının aldığı qərarlarda bunun caiz olduğu qərara alınmışdır. Belə ki, orada qeyd edildiyinə görə, “beh” vermək şərtilə bağlanan müqavilə bir qayda olaraq caizdir. Müştəri qərarından vaz keçməzsə, verdiyi “beh” qərarlaşdırdıqları digər məbləğə əlavə edilir. Əks təqdirdə, yəni müqavilədən imtina edərsə, verdiyi “beh” satıcının mülkiyyətinə keçir.

Nəticə etibarilə, qeyd etmək lazımdır ki, müştərinin alacağı daşınmazı satıcıdan müəyyən bir müddət öz adına gözlətməsini tələb etməsi, sonra da almaqdan imtina etməsi nəticəsində, əgər satıcı həqiqətən zərərə məruz qalıbsa, əvvəlcədən alınan “beh”in həmin zərəri ödəmək məqsədilə müştəriyə qaytarılmayaraq satıcıda qalması halaldır. Əks təqdirdə, əmlakı sadəcə olaraq bir müddət beh verən müştəri üçün saxlamasına baxmayaraq, sonradan bazar qiymətinə uyğun başqasına satarsa və ya həmin ərəfədə müştəri qaçırmayıbsa və hər hansı zərərə də məruz qalmayıbsa, artıq əvvəlki müştəridən aldığı beh ona halal olmaz və geri qaytarmalıdır. Çünki bu vəziyyətdə satıcının məruz qaldığı hər hansı zərər yoxdur və qaytarılmayan beh əsassız yerə başqasının pulunu mənimsəmək olduğu üçün, həm dini, həm hüquqi, həm də əxlaqi baxımdan düzgün deyildir.

Mənbə:irfandergisi.com

Read Previous

Üzərində qul haqqı olan adamın cənazə namazı qılınarmı?

Read Next

Eşşək südünün bəzi xəstəliklərin müalicəsi zamanı içilməsi caizdirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.