• 22 Noyabr 2024

Mələklər kimlərə bəddua edər?

meleklerin_bedduasiSərvət, Allahın qulularına verdiyi bir əmanətdir. Əgər, Allahu təalanın bizlərə verdiyi var-dövləti Onun əmrlərinə zidd bir şəkildə istifadə edəriksə, həmin mal-mülk bizləri daha tez bir şəkildə yolumuzdan azdırar, hər cür qürur, kibir, zülm və haqsızlıqlara sürükləyər. Belə bir fəlakətə məruz qalanlarda mal sevgisi, qəlbə yerləşər.
Uca Allahın, dünya nemətləri içində yalnız mal və övladı “fitnə” olaraq zikr etməsi, bunların qəlbə girərək bütləşmə təhlükəsinə görədir. Bu bədbəxtliyə düşənləri xəbərdar etmək üçün Allahu təala təala buyurur:
“…(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” – (deyiləcəkdir!)” (Tövbə, 34-35)
Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə buyururlar: “Hər səhər yer üzünə iki mələk enər. Bunlardan biri: «Allahım! Malını haqq yolunda xərcləyənə xərclədiyinin yerinə yenisini ehsan buyur!» Deyə dua edər. Digəri də: «Allahım! Xəsislik edənin malını tələf et! »Deyə bəddua edər.” (Müslim, Zəkat)
Bir başqa hədisi şərifdə də Həzrəti Peyğəmbər -səllallahu əleyhi və səlləm-:
“Comərdlik, budaqları dünyaya uzanan cənnət ağaclarından bir ağacdır. Kim onun budaqlarından birini tutarsa, bu onu cənnətə aparar. Xəsislik isə, budaqları dünyaya uzanmış cəhənnəm ağaclarından bir ağacdır. Kim də, onun budaqlarından birini tutarsa, bu da onu cəhənnəmə çəkib sürüyər!”(Beyhaki, Şuabü’l-İman, VII, 435) buyuraraq, zəkat, sədəqə, öşür və infaq kimi mal ilə edilən ibadətləri əda edənləri müjdələrkən, xəsislik səbəbiylə qəflət göstərənlər haqqında, olduqca düşündürücü bir xəbərdarlıq etmişdir! Yəni ayəti kərimə və hədisi şəriflərdə mal məhəbbətinin ürəyə yerləşməsiylə möhtacların haqqının qəsb edilməsi və qəmli bir aqibətə düçar olunacağı bildirilir. Bu ilahi xəbərdarlıq qarşısında gərəyi kimi düşünməli və zəkata əlavə olaraq sədəqə və infaqlarla, məcbur olan qırxda birdən daha çox verməyə səy göstərməlidir.
Uca Rəbbimiz, bu barədə qullarını belə istiqamətləndirir: “…(Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.”(Əl-Bəqərə, 219) Əshabı kiram daima infaq səfərbərliyi içində olardılar.
Təbuk səfəri üçün Həzrəti Ömər -radiyallahu anh-, malının yarısını gətirmiş, Həzrəti Əbu Bəkir radıyallahu anh isə hamısını infaq etmişdi.
Hz. Əbu Bəkirə: “Ailənə nə buraxdın ya Əbu Bəkir?” Deyə soruşan Həzrəti Peyğəmbər -səllallahu əleyhi və səlləm-ə də: “Allah və Rəsulunu buraxdım!” (Əbu Davud, Zəkat, 40)deyə cavab vermişdi.
Bir islam hüquqçusu ilə Şeyx Şibli arasında keçən bu hadisə, xeyir işlərə təşviq baxımından çox ibrətlidir:
Fəqihlərdən biri, imtahan etmək məqsədilə malın nə qədərinin infaq edilməsi lazım olduğunu Şeyx Şibli -rəhmətullahi aleyh-ə soruşdu.
Şibli Həzrətləri belə cavab verdi: “-Bunun cavabını fəqihlərin xislətinə görə mi yoxsa Haqq aşiqlərinin xislətinə görə mi istəyirsən?”
Həmin hüquqçu: “-Hər ikisinə görə də olsun.” Dedi.
Şibli cavab verdi: “-Fəqihlərin xislətinə görə iki yüz dirhəmin, üzərindən bir il keçdikdən sonra onun qırxda birinə bərabər olan beş dirhəmini vermək lazımdır. Aşiqlərin xislətinə görə isə, dərhal iki yüz dirhəmin iki üzünü də verib «yaxamı qurtardım» deyə bir də şükr etmək lazımdır. ”
Fəqih dedi ki: “-Biz bu məzhəbi (malın qırxda birinin zəkat olaraq veriləcəyini) alimlərimizin öyrəndik.”
Buna qarşılıq olaraq Şibli də: “-Biz də bu məzhəbi Əbu Bəkir Siddiq Əfəndimizdən öyrəndik. O, nəyi var nəyi yoxsa hamısını Aləmlərin Rəbbi Rəsuli-i Əkrəm -sallallâhu əleyhi və səlləm-in önünə qoydu.” Dedi.
Səhabəsinə Allah üçün vermə eşqini aşılayan Rəsulullah -səllallahu əleyhi və səlləm-, şəxsən özü bu infaq ruhuna ən gözəl bir misal idi.

Mənbə:islamveihsan.com

Read Previous

Bir atanın, evlənəcək oğluna nəsihəti

Read Next

Anlatdıqlarınız, qarşınızdakının sizi anladığı qədərdir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.