Rəvayət edildiyinə görə Əbu Mansur bin Zükeyr (rahmətullahi aleyh) zahid və saleh bir insan idi. Ömrünün son dövrlərində gözyaşlarını tuta bilməz olmuşdu.
Həyatının sonlarına doğru, vəfat anı yaxınlaşdıqca çox ağladığı üçün gözləri sanki çeşmə idi.
Birgün ona:
“-Niyə Ölüm vaxtı yaxınlaşınca bu qədər ağlayırsan?” Deyə soruşuldu.
O da:
“-Mən indiyə qədər heç getmədiyim bir yola gedirəm. Artıq nələrlə qarşılaşacağımı bilmirəm. Etdiyim əməllər fayda verəcək mi verməyəcək mi? Bütün bu düşüncələrlə qəlbim ürpərir, ürəyim sızlayır və gözyaşlarımı tuta bilmirəm” dedi.
Vəfat etdikdən sonra oğlu onu yuxusunda gördü və:
“-Atacan Allahu təala sənə necə rəftar etdi?” Deyə soruşdu.
Atası da:
“-Ey Oğlum! İş sənin bildiyin kimi deyil.
Hesab vermək, hesaba çəkilmək çox çətin və çox sıxıntılı bir işdir. Bir ömür etdiyim əməllər fayda vermədi.
Mərhəmətlilərin ən mərhəmətlisi, ədalətlilərin ən ədalətlisi olan Rəbbim mənə belə səsləndi:
“-Ey Əbu Mansur! Mən sənə yetmiş il ömür verdim. Bu gün yanında nə gətirdin? “Buyurdu.
Mən də:
“-Ya Rəbbi, otuz həcc etdim” dedim.
Allah Təala:
“-Onları Qəbul etmədim” buyurdu.
“-Ya Rəbbi, öz əlimlə qırx min dirhəm sədəqə verdim” dedim.
“-Onları da qəbul etmədim” buyurdu.
“-Altmış il gündüzlər oruc tutdum və gecələri əhya etdim” dedim.
“-Onları da qəbul etmədim” buyurdu.
Mən də:
“Elə isə həlak oldum ya Rəbbi!” Dedim.
Bunun üzərinə mənə belə dedi:
“-Ey Əbu Mansur! O qədər çox əməllər işləmisən amma içlərində riya qoxusu var. Riya xəstəliyi isə əməlləri boşa çıxardar. Dəyərsiz hala gətirər. Buna görə sənin əməllərin bir qiymət ifadə etmədi və etdiklərin boşa çıxdı. Lakin yenə də bu qədər səyinə və əməlinə baxmayaraq sənə əzab etməyim mənim kərəmimə uyğun düşməz. Sənin mənim yanımda bir əməlin var ki, ona riya qoxusu bulaşmamıştır.
Dünyada ikən sırf mənim rizamı qazanmaq məqsədilə etdiyin o davranış mərhəmətimi cəlbetmiştir. Sən filan günü xatırlayırsanmı? O gün sən bir müsəlmanın ayağı ilişib yıxılmasın, bir məxluqata zərər gəlməsin deyə yolun ortasında olan bir daşı qaldırıb kənara atmışdın. Bəli ixlasla etdiyin o əməl sayəsində Mən sənə rəhmət etdim. Bu səmimi davranışın səbəbi səni əzabdan, həlak olmaqdan qurtardı. Şübhəsiz ki Mən, zərrə miqdarı bir xeyrin, edilən kiçik bir yaxşılığın belə qarşılığını, mükafatını zay etmərəm. Yetər ki etdiyin bir əməl, bir iş, bir davranış kiçik də olsa, sırf Mənim razılığım üçün edilmiş olsun. ”
İsmayıl Haqqı Bursəvi həzrətləri “Ruhul-Bəyan” təfsirində nəql etmiş olduğu bu hekayədən sonra bu xüsusa diqqət çəkir:
“Deməli Əziyyət verən bir şeyi yoldan qaldırıb kənara atmaq kimi kiçik bir əməl, bir davranış ixlasla edildiyində, rəhmətə və bağışlanmağa səbəb olur. Elə isə Şərəfli varlıq olan insan oğlunun çətinliklərini aradan qaldırmaq daha böyük rəhmətin, bağışlamanın cəlbinə səbəb olacaq deməkdir “deyir.
İki Cahan Günəşi sallallahu əleyhi vəsəlləm Əfəndimiz:
“Dünyada bir mömin qardaşının çətinliyini aradan qaldıran kimsənin Allah Təala axirətdə çətinliyini aradan qaldırar” buyurur.
Bir başqa hədisində də:
“Dinində ixlaslı ol! Belə etsən, az əməl belə sənə kafi gələr “buyurur. (Hakim, IV, 341)
Bu səbəbdən əməllərimizin ixlasını artırmaq, qardaşlarımızın çətinliklərini aradan qaldırmağa çalışmaq hamımızın əsl vəzifəsi olmalıdır.
Kimsəyə əza cəfa vermədən, kimsəni incitmədən, xüsusilə də möminlərə, onların uşaqlarına və ailəsinə əziyyət etmədən axirətə köçmək üçün bir ömür nəfs və şeytanla mübarizə etməyimiz lazımdır.
İslam bizdən bu gözəllikləri istəyir. Müsəlmanlıq bu şəkildə yaşamaq deməkdir.
Sevgili Peyğəmbərimiz: (səv) “Müsəlman, digər müsəlmanların dilindən və əlindən əmin olduğu adamdır” buyurmuşdur. (Buxari, İman, 4; Müslim, İman, 65)
Uca Rəbbimiz bizləri kin və qürurdan, riya və həsəddən uzaq, ixlas üzrə yaşayan, əmin, güvənilən bir qul etsin. Əlimizdən, dilimizdən ümmət-i Məhəmmədin istifadə etdiyi kamil bir mömin etsin. Amin.
Mənbə:islamveihsan.com