• 25 Dekabr 2024

İslamı təbliğ edənlərin yüksək mərtəbəsi

allahin_kullarıEnes (radiyallahu anh), İslam təbliğçilərinin axirətdə nail olacaqları yüksək mərtəbələri izah edən bir hədisi-şərifi belə nəql edir:
Rəsulullah (səllallahu əleyhi və səlləm) bir gün belə buyurdu:
“-Sizə Bir qisim insanlardan xəbər verim mi? Onlar nə peyğəmbər, nə də şəhiddirlər. Ancaq qiyamət günündə peyğəmbərlər və şəhidlər, onların Allah qatındakı mövqelərinə qibtə edərlər. Nurdan minbərlər üzərinə oturarlar və hər kəs onları tanıyar. ”
Əshabı kiram:
“-Onlar kimlərdir ya Rəsulallah!” Deyə soruşdular.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm):
“-Onlar Allahın qullarını Allaha sevdirən və Allahı da qullarına sevdirən kəslərdir. Yer üzündə nəsihətçi və təbliğçilər olaraq gəzərlər. ”
Mən:
“Ey Allahın Rəsulu! Allahı qullarına sevdirməyi anladıq. Yaxşı Allahın qullarını Allaha sevdirmək necə olar?” Dedim.
Buyurdu ki:
“-İnsanlara Allahın sevdiyi şeyləri əmr edərlər, sevmədiyi şeyləri də qadağan edərlər. İnsanlar da buna itaət edincə Allahu təala da onları sevər. “(Əli əl-Müttəqi, III, 685-686; Beyhəqi, Şuabul-İman, I, 367)

Mənbə:islamveihsan.com

Read Previous

Tövbəmizi son nəfəsə saxlamayaq

Read Next

Kiçik olsun, ama, Allah üçün olsun

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.