Halal loğma üçün ticarətə haram qarışdırmamaq xüsusunun əhəmiyyət və bərəkətini mərhum Musa Topbaş Əfəndi bu hadisə ilə belə izah edir:
“Müsəlman olmuş Erməni bir qonşumuz var idi. Birgün ona hansı səbəbdən müsəlman olduğunu soruşduqda mənə bunları söylədi:
“-Acıbadəmdə tarla qonşum Rəbi Mollanın ticarətdəki gözəl əxlaqı vəsiləsiylə müsəlman oldum. Dedi. Molla Rəbi, süd sataraq dolanışığını təmin edən bir şəxs idi. Bir axşam vaxtı bizə gəldi və:
“-Buyrun, Bu süd sizindir!” Dedi.
Mən də böyük bir çaşqınlıqla:
“-Bu necə ola bilər? Mən sizdən süd istəmədim!” Dedim.
O həssas və zərif insan:
“-Mən fərqində olmadan hayvanlarımdan birinin sizin bağçaya girib otladığını gördüm. Onun üçün bu süd sizindir. Əlavə olaraq da o heyvanın yediyi otlar bədənindən tamamilə təmizlənincəyə qədər südünü sizə gətirəcəyəm.” Dedi.
Mən:
“-Bu nə sözdür ay qonşu? Yediyi ot deyilmi? Halal olsun!” Desəm də Molla Rəbi:
“-Yox Yox elə olmaz! Onun südü sizin haqqınızdır!” Deyib heyvanın yediyi otlar bədənindən tam təmizlənincəyə qədər südünü bizə gətirdi.
Bəli o mübarək insanın bu davranışı mənə çox təsir etdi. Nəticədə gözümdəki qəflət pərdələrini qaldırdı və hidayət günəşi içimə doğuldu. Öz-özümə:
“-Belə Uca əxlaqlı bir insanın dini, şübhəsiz ki ən uca bir dindir. Beləsinə zərif, haqqa hüquqa riayət edən, mükəmməl və tərtəmiz insanlar yetişdirən dinin doğruluğundan şübhə edilə bilməz!” Dedim və kəlmeyi şəhadət gətirib müsəlman oldum.”
Bu gözəlliklərlə birlikdə hədisi-şərifdə buyurulan:
“İnsanlara elə bir zaman gələcək ki, insan malını halaldanmı, haramdanmı qazandığına heç diqqət etməyəcək.” (Buxari, Büyu, 7, 23) şəklindəki qəflətlərin də yaşanması, nə qədər qəmli bir vəziyyətlərdir.
Halbuki dinin qoyduğu qaydaların pozulmasından meydana gələn cəzalar, fərdi olduğu və bir çoxu axirətə aid olduğu halda haram mal qazanmaqdan meydana gələn bəla və müsibətlər onun qazanılmasında rolu olmayan gələcək nəsillərə də aiddir. Üstəlik insanlardan bunun acısı, sırf axirətə qalmayıb bu dünyada da mütləq çıxar. Haram sərvətdən özlərinə miras alanların bir çoxunun doğru yolda yürüyə bilmədiyi bir gerçəkdir. Çünki var-dövlətdə bir sirr vardır: o, gəldiyi yoldan gedər. Gəldiyi yol haram olan bir mal, mirasçısını arxasına alaraq pis yollara sürüyər. Belə bir mal ilana bənzəyər. İlan necə ki, çıxdığı dəlikdən girirsə, malın xərcləndiyi yer də qazanıldığı yerin xüsusiyyətinə bağlıdır.
Mənbə:islamveihsan.com