• 08 Oktyabr 2024

Əbu Hənifənin “halal ticarət” həssaslığı

Əbu Hənifə həzrətləri, ticarətlə dolanan sərvət sahibi zəngin bir kimsə idi. Ancaq elmlə məşğul olduğu üçün ticarət işlərini vəkili vasitəsiylə icra edər, özü də bu ticarətin halal qazanc içində olub olmadığına nəzarət edərdi. Bu barədə o dərəcə həssas ki, bir dəfə ortağı Hafs bin Əbdürrəhmanı parça satmağa göndərmiş və ona:

“-Ey Hafs! Malın bəzi hissələrində qüsurlar var. Onun üçün satarkən bu qüsurları müştəriyə söylə və bu qiymətə sat!” Demişdi.

Hafs da, malı İmamın ifadə etdiyi ucuz qiymətə satmış, ancaq ondakı qüsuru müştəriyə söyləməyi unutmuşdu. Vəziyyəti öyrənən Əbu Hənifə həzrətləri Ona:

“-Parçanı alan müştərini tanıyırsanmı?” Deyə soruşdu.

Onun, müştərini tanımadığını söyləməsi üzərinə İmam, malın hamısını sədəqə olaraq payladı. Çünki o, hər halıyla Rəsulullah (səv)-in, Həzrətii Əmrə buyurduğu:

“Ey Amr, saleh adam üçün saleh mal nə gözəldir!” (Əhməd bin Hənbəl, Müsnəd, IV, 197, 202) həqiqətini yaşamaqda və halal ilə haram barəsində təqva ölçüləriylə hərəkət etməkdə idi. Çünki halal və harama diqqət, bizlərə əmanət edilən malın təmizliyi və axirətdə hesabının verilə bilməsi baxımından ən zəruri bir məcburiyyətdir.

Mənbə:islamveihsan.com

Read Previous

Qəbirdən çıxan uşaq alim oldu

Read Next

Erməninin müsəlman olması

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.