• 23 Noyabr 2024

Yeni Zelandiya məscidlərinə hücumlarda erməni izi

Yeni Zelandiyada məscidlərdə ibadət edən müsəlmanları kütləvi şəkildə qətlə yetirmiş terrorçuların silahlarında erməni dilində yazı olub.

Terrorçulardan biri – 28 yaşlı Brenton Tarrant törətdiyi qətliamı 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımlayıb. Videoda silah və sursatlar üzərində müxtəlif dillərdə, o cümlədən, erməni, ispan, ingilis, serb və polşa dillərində yazılar görmək olur.

Yazılarda real insanların adları, anti-türk eyhamı olan tarixi hadisələrin təqvimi göstərilib.  Xüsusilə bir avtomatın üzərində olan “Սարիղամիշի Ճակատամարտ” – “Sarıqamış döyüşü” yazısı diqqət çəkir.

Bu, Birinci Dünya Müharibəsi dövründə Türkiyə və Rusiya qoşunları arasında baş vermiş qanlı döyüşdür. Həmin döyüşdə Rusiya qoşunlarında erməni hərbçilər də yer alıb.

Mənbə: Oxu.az

Read Previous

İlham Əliyev Yeni Zelandiyanın baş nazirinə başsağlığı verdi

Read Next

Aprel 2019

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.