

Yeni Zelandiyada məscidlərdə ibadət edən müsəlmanları kütləvi şəkildə qətlə yetirmiş terrorçuların silahlarında erməni dilində yazı olub.
Terrorçulardan biri – 28 yaşlı Brenton Tarrant törətdiyi qətliamı 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımlayıb. Videoda silah və sursatlar üzərində müxtəlif dillərdə, o cümlədən, erməni, ispan, ingilis, serb və polşa dillərində yazılar görmək olur.
Yazılarda real insanların adları, anti-türk eyhamı olan tarixi hadisələrin təqvimi göstərilib. Xüsusilə bir avtomatın üzərində olan “Սարիղամիշի Ճակատամարտ” – “Sarıqamış döyüşü” yazısı diqqət çəkir.
Bu, Birinci Dünya Müharibəsi dövründə Türkiyə və Rusiya qoşunları arasında baş vermiş qanlı döyüşdür. Həmin döyüşdə Rusiya qoşunlarında erməni hərbçilər də yer alıb.
Mənbə: Oxu.az