• 22 Noyabr 2024

Sevgi

Ruh və bədəndən ibarət olan insanı Allah bir sıra duyğular bəxş edərək yaratmışdır.Bu duyğulardan biri də sevgi dir. Rəngləri, irqləri, cinsləri, qabiliyyətləri və digər xüsusiyyətləri fərqli olduğu kimi insanların sevgiləri və sevdikləri şeylərdə fərqlidir. İnsanlar arasında səyahət etməyi, üzməyi, idman məşğul olmağı, çox danışmağı və. s daha çox sevən insanlar vardır və bu sevgi şəxslərin maraq dairəsinə görə dəyişir. Buna rəğmən sevgi bütün insalarda ortaq xüsusdur. Hər insanda sevgi duyğusu vardır. Ailənin, ətrafdakı insanların, təhsilin və ya bir müəllimin təsiri ilə insandakı sevgi yaxşı şeylərə də pis şeylərə də yönələ bilər. Bu səbəbdən bir sıra insanlar zülm, pislik, xəyanət, yalan və bunun kimi digər pis əməlləri ilə özünə, ailəsinə və bütün insanlara zərərli olan şeyləri sevər. Bəzi insanlar isə iman, ibadət, dürüstlük, yaxşılıq, insanlara kömək, təmizlik, sədaqət kimi gözəl şeyləri sevər.

İslam dininə görə sevginin növlərini belə sıralamaq olar:

a) Allahı sevmək (Allahın əmr və qadağalarına, qəza və qədərə razı olmaq).

b) Allah üçün sevmək (yaradılmışı yaradanın sevgisini qazanmaq üçün sevmək).

c) Peyğambərimizi sevmək (Allahu təala Əhzab surəsinin 6-cı ayəsində “Peyğambər möminlərə canlarından daha irəlidir” buyurmuşdur).

d) Ailə fərdlərini sevmək (Peyğambərimiz qohumluq əlaqələrinə böyük önəm vermişdir bir hədisində: “Qohumlar arasinda əlaqələri davam etdirmək ailədə sevgi yaradar” buyurmuşdur).

e) Möminləri sevmək (Allahu təala Hucurat surəsinin 10- cu ayətində “Möminlər ancaq qardaşdırlar” buyurmuşdur).

Sevdi ifadə olunması baxımından iki hissəyə ayrılır:

1. Sözdə sevgi: İnsan sevdiyini sözlə bildirər.

2. Feli sevgi: Feli sevgi davranışlarla olar və əl sevgi budur Allahu təala bizlərə onu yalnız sözdə deyil əməlləri ilə sevən qullarından etsin.

Read Previous

MÜSƏLMANI XOR GÖRMƏYİN ÇİRKİNLİYİ

Read Next

Gözəl insan ola bilirikmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.