• 23 Noyabr 2024

İsmi Azam nədir?

İsmi Azam, lüğətdə ən böyük isim mənasına gəlir. Termin olaraq Allahın ən gözəl isimləri içində yer alan bəzi isimlər üçün işlədilir. İslam alimlərinin bir qismi, Allahın adlarının hamısının fəzilət və dərəcə baxımından bərabər səviyyədə olduğunu düşünürlər. Digər qismi isə, hədisləri göz önünə alaraq bəzi adların digər adlardan daha böyük, daha fəzilətli olduğu düşüncəsindədirlər.     

Hz. Peyğəmbərin bəzi hədislərində İsmi Azamdan bəhs edilməkdə, bu isimlə dua edildiyi zaman mütləq qəbul ediləcəyi bildirilməkdədir. (Əbu Davud, Vitr, 23; Tirmizi, Dəavət, 64, 65, 100; Nəsai, Səhv, 58; İbn Macə, Dua, 9, 10). Fəqət Allahın ən böyük isminin hansı olduğunu dəqiq olaraq təyin etmək mümkün deyildir. Çünkü  bu hədislərin bəzilərində “Allah” ismi, digərlərində isə “Rəhman, Rəhim” (əsirgəyən, bağışlayan), “Hayy, Qayyum” (diri və hər şeyi ayaqda tutan), “Zül-Cəlali vəl-İkram” (ululuq və ikram sahibi) isimləri Allahın ən böyük ismi olaraq bildirilməkdədir.

Mövzuya aid bir hədis də belədir: “Rəsulullah (səs) bir nəfərin belə dua etdiyini eşitdi:  “Allahım, şahidlik etdiyim xüsuslarki var, onlar səbəbli Səndən istəyirəm: Sən özündən başqa ilah olmayan Allahsan, təksən, Səmədsən (heç bir şeyə ehtiyacın yoxdur, hər şey Sənə möhtacdır), Sənin övladın olmadı (heç kimin atası olmadın), doğulmadın (heç kimin övladı olmadın), tayın, bənzərin yoxdur.” Bu hadisə üzərinə hz. Peyğəmbər belə buyurdu: “Nəfsimi qüdrət əlində tutan (məni yaşadan) Zata and olsun ki, bu şəxs Allahdan İsmi Azamı adına istədi.  Bunu  bilin ki, kim Allahdan İsmi Azamla istəyərə, Allah onun duasına qarşılıq (dilədiyini mütləq olaraq) verər.” (Tirmizi, Dəavət, 65)

Başqa bir hadisdə də belə deyilir: Bir adam belə dua etmişdi: “Ey Allahım, həmdlərim (şükürlərim) Sənədir, nemətləri verən Sənsən, Səndən başqa ilah yoxdur. Sən səmavat və ərzin Cəlal və İkram sahibi yaradıcısısan. Hayy və Qayyumsan (kainatı ayaqda tutan həyat sahibisən). Bu isimlərini şəfaətçi edərək Səndən istəyirəm!”

Bu duanı eşidən Rəsulullah (səs) soruşdu: “Bu adam nəyi vəsilə edərək dua edir bilirsinizmi?”

-Allah və Rəsulu daha yaxşı bilir dedilər.

Rəsulullah belə davam etdi: “Nəfsimi qüdrət əlində tutan (məni yaşadan) Zata and içirəm ki, o, Allaha İsmi Azamı ilə dua etdi. O İsmi Azam ki, onunla dua edilərsə Allah qəbul edər, onunla istənilərsə verər.” (Əbu Davud, Salat, 368).

Read Previous

Azərbaycanda koronavirusdan ölənlərin dəfni üçün din xadimlərinin siyahısı hazırlanır

Read Next

Nəfs: Cəhənnəmə aparan marşrut