- Mağazaya gedən bir insan, cibində 5 manat pulu varsa, bu pula nə ala bilərəm ki, deyə düşünər. Ancaq 5 manat sədəqə verməli olsa, çox olduğunu düşünər.
- 10 dəqiqə zikir edən insan, bu vaxtın çox olduğunu fikirləşər. Bunu əksinə film və ya futbol matçı izləsə, bu zaman iki saatdan çox olsa da yadırğamaz.
- Futbola bazan biri, oyun uzanarsa, xoşuna gələr. Amma Cuma namazında xütbə bir qədər uzansa narahat olar.
- İnsan eşitdiyi dedi – qoduya tez inanar. Bunun əksinə dəqiq olduğunu bildiyi hər şeyi gec qəbul edər, inad edər.
- Bir insan məsciddə bir saat ibadət edərək vaxtını keçirsə, onun üçün çox uzun zaman olar. Televizora baxdığı bir saat isə çox az gələr.
- Namaz əsnasında dünya işlərini hər insan düşünər, amma adi zamanlarında İslamiyyəti düşünmək istəməz.
- İnsana bir surəni və ya təfsirini oxumaq ağır gəlir, ancaq çox səhifəli də olsa, bir romanı oxumaq ağır gəlməz.
- Konsertdə ön sıradakı yerlərdə oturmaq üçün çalışan insan, məsciddə ilk səfdə olmaq üçün can atmaz. Məsciddən tez çıxmaq üçün arxalarda yer seçər.
- Bir Ayə və ya hədis əzbərləmək çətindir. Yeni çıxan hit mahnıların hamısını bilir.
- Dini bir söhbət və ya konferans üçün vaxt yoxdur, dünyəvi işlər üçün isə vaxt həmişə vardır.
- Peyğəmbərlərin və səhabələrin adlarını bilməyən insanlar, onlarca futbolçunun adını və haqqında bir çox şeyi bilir.
- İslami mövzuları dinləmək, onlardan danışmaq çətindir. Qeybət və dedi – qodunu dinləmək xoşdur, asandır.
- İnsan Cənnətə getmək istər, amma heç bir şey etməz.
- Hər gün ölüm xəbəri eşidən insan, özünün də bir gün öləcəyini düşünməz.