Bir möminin doğumundan ölümünə qədər həyatının hər anında din və müqəddəs şeylər yer tutur:
Müsəlmanlar qəlblərindəki inanca tərcüməçi olaraq dilləriylə zikr və dua edirlər.
Mömin bir ailədə bir uşaq dünyaya göz açdıqda: “Allah xeyirli uzun ömür versin, saleh övlad olsun!” deyilir.
Xəstə ziyarət edildikdə: “Allah şəfa versin, günahlarınızın bağışlanmasına və dərəcənizin yüksəlməsinə səbəb olsun!” deyilir.
Ölünün yaxınlarına: “Allah rəhmət eləsin, məkanı cənnət olsun!” deyilir, hamımızın Allaha qovuşacağı xatırladılır.
Yola çıxan : “Allaha əmanət olun!” deyir, ötürən “salamatçılıq” diləyir, yolçu səfər duası oxuyur.
İstirahətə çəkilən dua edər, yatan şükür edər, bir işə başlayan bismillah deyər, ilk alver edildikdə: “Siftə səndən, bərəkət Allahdan” deyilir.
Bir möminlə qarşılaşan əvvəlcə salam verir, qarşısındakı da salamı alır… Bu nümunələri istədiyimiz qədər artıra bilərik.
Nəticə:
“Din dildə yaşayar və yaşanan dilə çevrilər.”
Dindən uzaqlaşdırma siyasətini təqib edənlərin ən mühüm vasitəsi dildir, yəni ondan dini kəlmələri çıxarmaqda, yuxarıda misallarını verdiyimiz” zikr və dualar”ın yerini mənasız, əcnəbi mədəniyyətlərə aid və dindən uzaq ifadələr almaqdadır.
Qurani Kərim ən zəngin və təmiz dildə nazil olmuşdur. Əcdadımız da dilini Quranla zənginləşdirmişdir.
Mənbə: Prof.Dr. Hayreddin Karaman, Yeni Şafak Gazetesi, 23 Ocak 2005