Kovid-19 pandemiyasına qarşı tədbirlər çərçivəsində məscidlərin qapadılmasından sonra Türkiyədə bir din xadimi qeyri-adi üsulla qonşuları ilə birlikdə təravih namazı qılmağa başlayıb. Ramazanın ilk gecəsində ailəsi ilə birlikdə təravih namazı qılan İsa Selci, eyni binada yaşadığı qonşuların xahişi ilə onların evlərinə də yerləşdirdiyi səsgücləndirici ilə imamlıq etməyə başlayıb.
Qonşular isə din xadiminin bu addımından razı qalaraq ona dua edirlər. İsa Selci təravih namazının ramazan sonuna qədər davam edəyini açıqlayıb.
islamveirfan.com