Dünya və axirət həyatı insanın üzləşəcəyi, orada yaşayacağı yerlərdir. Bir müddət dünya həyatını yaşadıqdan sonra axirət həyatına qovuşacaq olan insan oğlu ilk yaşadığı dünya həyatında hər iki həyatı üçün çalışmalıdır.Bu iki həyatdan ancaq biri üçün çalışmaq digər yaşayacağı həyatı və ya yaşamaqda olduğu həyatı yoxmuş kimi saymaq insanı ziyana aparmış olar.
Yaşadığı ömür müddətində insan orta yolu tutmalı, həddi aşmamalı, hər şeyi lazımı qədər etməlidir.
Dini və ya dünyavi məsələlərdə bu qayda belədir. Misalçün:
- Tənbəllik və tələsmək.
- Kobudluq və avam olmaq.
- Çox yatmaq və yatmamaq.
- Dayanmadan ibadət etmək-heç ibadət etməmək.
Bir-birinin əksi olan bu halların hər biri insan üçün zərər verən şeylərdir.
İslam dini ifratı da təfridi də qadağan edir. Bütün əməllərdə orta yolu tutmaq lazımdır. Allaha qulluqda nə tamamən qorxuya, nə də ümidə yönəlmək lazımdır. Qəlblər qorxu ilə ümid arasında olmalıdır.
Bəndə Allahın hökm və əmrlərinə hörmət və təzimlə yanaşmalı, onlara etina göstərməlidir. Ancaq bunun müqabilində ilahi rəhmət və məğfirətə etibar edərək həddini aşmamalıdır.
Bəzi səhabələr Allah qorxusundan tamamilə ruhani həyat yaşamaq qərarına gəldilər. Rasullah (s.ə.s) isə onları bundan çəkindirdi və etidala dəvət etdi. Bir mömin Allahın rəhmətindən ümidini üzməməlidir. Eyni zamanda Allahın əfvinə güvənərək də ona qulluq vəzifəsini ehmat etməməlidir. Unutmamalıdır ki, Uca Allah ərhəmur-Rahimin olduğu qədər “şədidul-iqab” dır (əzabı şiddətli olan). Qorxu və məhəbbətin heç biri digərinin alternativi deyil. Hər ikisinə də ehtiyac vardır.
Mömin Allahın məhəbbət və rizasını itirməkdən qorxmalı, Onun əfv və məğfirətinə pənah aparmalıdır.