Əziz Müsəlman qardaşlar salğın xəstəliyin davam etməsi səbəbindən Məscidlərimizdə Bayram Namazı üçün camaat ola bilməzsək evimizdə bayram namazını qıla bilərikmi sual bu şəkildə. Bu günə qədər bu sual soruşulmurdu çünki Məscidlərimiz camaatımıza açıq camaatımızla da ən çoşğulu şəkildə namazlarımızı qılırdıq. Amma ən üzüntülü isə bu virus səbəbilə bu dəqiqə məscidlərimiz həm cümə namazı üçün bəlkə də bayram namazı üçün camaatımıza bağlı olacaq. O zaman biz nə etməliyik? Əvvəllcə bunu ifadə etməmiz gərəkir.
Cümə namazı üçün deyilən şərtlər bayram namazı üçün də deyilir. Özəlliklə Hənəfi məzhəbimizin fuqahası, alimləri bayram namazında da camaat olmağı şərt görmüşlər. Amma digər məzhəb fuqahamız, alimlərimiz camaatla da olduğu kimi fərdi şəkildə də qılına biləcəyini bayram namazını evdə şəxsin özünün qıla biləcəyini söyləmişlər. Bu dəqiqə belə bir durum var bayram namazını qardaşlarımız qılmadan keçirmək istəmirlər. Dolayısıla qardaşlarımız bayram namazının vaxtı gəlincə yəni bayramın birinci günü günəş doğduqdan 40 dəqiqə sonra bayram namazını tək qıldıqları kimi ailə əfradı ilə bərabər qıla bilirlər bunun heç bir sakıncası yoxdur. Heç qılmazlarsada günahı yoxdur. Qılarlarsa İnşAllah Rəbbimizdən bayaram namazının qəbul olmasını ümid edər dua edəriz.
Cənabı-Allah bu salğın xəstəliyi bir an əvvəl üzərimizdən yox eləsin. Camaatımıza məscidlərimizdəki o möminlərin coşğusuna həm cümə günündə, həm bayram günlərində, həm də beş vaxt namazlarda gözəl gecələrdə bir araya gəlməyi nəsib etsin İnşAllah.