• 24 Noyabr 2024

TÖVHİDƏ ZƏRƏR VERƏN BATİL İNANCLAR

Möhtərəm möminlər, Həzrət Adəmdən (a.s.) Peyğəmbərimizə (səs) qədər bütün peyğəmbərlər, insanları eyni iananc əsaslarına dəvət etmişdirlər. İman edilməsi istənilən əsasların başında isə Allahın birliyi və mütləq mənada olan başqa güc və ixtiyar sahibi tanımamaq. Yəni tovhid anlayışı gəlir. Bir ayədə Uca Allah belə buyurur:  “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək.”[1]

İslam dini gəlmədən öncə cahiliyyət dövrünün ərəbləri Allahın varlığını qəbul edirdilər. Lakin onlar Allahdan başqa ilahlara sitayiş etdiklərindən şirkə girirdilər. Onların bu davranışı Allaha yaxınlaşmaq, Allah qatında şəfaətçi olmaq və ya izzət, şərəf əldə etmək məqsədi güdürdü. Uca Allah buyurur: “(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?”[2]

“Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!”[3]

   Əziz müsəlmanlar, Tövhid-ən qısa ifadəsi ilə “Lə iləhə illəllah: Allahdan başqa ilah yoxdur” demək və bu inancın əsaslarını bütün varlığı ilə yaşamaqdır. Ancaq tövhidə çatmağın yolu, insanın ilk öncə sahib olduğu yanlış inanclardan qurtulması ilə mümkündür. Kəlimeyi-tövhid “Lə” yəni Allahdan başq bütün ilahların inkar edilməsi həqiqi tövhidə çatmağı ilk şərti olaraq zikr edilmişdir.  Bu barədə bir şair nə gözəl ifadə etmişdir: “Lə” süpürgəsi ilə yollar təmizlənmədən “illəllah” sarayına girilməz.” Bu səbəbdən də Rəsulullah (səs) peyğəmbərlik vəzifəsinə bu nöqtədən başlamıştır. Bütün batil inanclar inkar edildikdən sonra onun yerinə doğru əqidə  yerləşdirilmişdir. Peyğəməbirimiz (səs) tövhid inancına zərər verən hər cür batil inancı rəd etmiş və səhabələrinə də bu barədə ciddi xəbərdarlıq etmişdir. Peyğəmbərimizin (səs)  tövhidə zərər verən batil inancları rədd etməsi ilə əlqədar olan bir hadisəni sizə misal vermək istəyirəm: Hüneyn müharibəsində müsəlmanlar Zatı ənvat deyilən bir ağaca rast gəldilər. Müşriklər bu ağacı müqəddəs sayaraq silahlarını üzərinə asırdılar. Bəzi səhabələr: -Ey Allahın Rəsulu! Müşriklərin olduğu kimi bizim üçün də bir Zatı ənvat göstərsəniz olmazmı? dedilər. Bu istək qarşısında kədərlənən Peyğəmbərimiz (səs)-: “Sübhanəllah! Bu, Musanın qövmünün “…Ey Musa! Onların ilahları kimi bizim üçün də bir ilah  düzəlt”[4] demələrinə bənzəyir. Allaha and içirəm ki, (bu davranışınızla) sizdən öncəki qövmlərin yolunu gedirsiniz” cavabını verdi.[5]

Digər bir tərəfdən Allahın Rəsulu (səs)-şirk və üsyana dalalət etməsi səbəbilə bəzi səhabələrin adlarını dəyişdirmişdir. Məsələn: O, “Abduluzza” və “Abduşşəms” yəni Uzzanın qlul, Günəşin qulu kimi mənası olan adları “Abdulla,” “Əbdüləziz” və ya “Əbdurrəhman”kimi, “Asiyə: üsyankar” adını da “Cəmilə: gözəl” deyə düzəltmişdir.

Allah Rəsulunun (səs) bildirdiyinə görə cəmiyyətləri ictimai, əxlaqi və etiqadi baxımından həlaka aparan yeddi səbəbdən birincisi Allaha şirk qoşmaq, ikincisi də falçılıqdır. Peyğəmbərimiz (səs) belə buyurmuşdur: “Yeddi həlak edici şeydən uzaq durun!” Səhabələr: “Ey Allahın Rəsulu! Bunlar nələrdir?”-deyə soruşdular. Həzrət Peyğəmbər (səs) belə buyurdu: “Allah şərik qoşmaq, sehr etmək, Allahın haram buyurduğu bir canı haqsız yerə öldürmək, faiz yemək, yetim malı yemək, savaş meydanından qaçmaq, namuslu və məsum qadınlara zina isnad etməkdir”[6]

Rəsulullahın (səs)- düzəltdiyi yanlış inanclardan biri də qeybin bəzi insanlar tərəfindən bilinə biləcəyi inancıdır. Buna görə də qeybdən xəbər vermək, kahin, münəccim və falçıların sözünə iananmaq insanı küfrə salan bir haldır. Çünki Həzrət Peyğəmbər (səs) bir hədisində belə buyurur: “Hər kim bir bilicinin və ya kahinin yanına gedər və onun dediklərini təsdiq edərsə mənə endiriləni inkar etmiş olar”[7]

Bundan başqa maddi və mənəvi problemini həll etməyə çalışan bir insanın müxtəlif ağaclara, məzar və ya türbələrə əski parçası bağlayıb şam yandırması, onların adına qurban kəsməsi tövhidə cidi mənada zərər verən əməllərdir.

Əziz möminlər, bütün bunlarla yanaşı müsəlmana ən çox bulaşma ehtimalı olan şirk gizli şirkdir. Quranın tərcüməcisi ünvanını alan İbn Abbas (r.a.) baxın gizli şirk haqqında nə deyir: “Gizli şirk, gecə qaranlığında qara bir daş üzərində gəzən qara qarışqanın ayaq hərəkətlərindən daha gizlidir.” Gizli şirkin bir növü də göstərişə dayanan ibadət və əməllərdir. Allah Rəsulu (səs) buyurur: “Ümmətim haqqında ən çox qorxduğum şey Allaha şirk qoşmaqdır. Bu sözümlə onların aya, günəşə və ya bütə sitayiş edəcəklərini qəsd etmirəm. Ancaq məni qorxudan şey, Allah rizasından  başqa məqsədlər  üçün ediləcək əməllər və gizli arzulardır (özünü göstərmək hisləridir)”[8]

Tevhide zerer veren batil inanclar

 6 Yanvar  2011/ 12 Səfər 1433


[1] əl-Ənbiya 21/25

[2] əl-Ənkəbut 29/61

[3] əz-Zümər 39/3

[4] əl-Əraf 7/138

[5] İbn Hənbəl, V, 218, 340

[6] Buxari, Vəsayə, 23; Müslim, İman, 145

[7] İbn Hənbəl, II, 429

[8] İbn Macə, Zöhd, 21

Read Previous

Peyğəmbərimizin kasıblara münasibəti

Read Next

İslamdakı fərqli məzhəblərin meydana gəlməsinin hikməti nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.