• 24 Noyabr 2024

Günah işləməmək üçün nə etməliyik?

Rəvayət olunduğuna görə gənc bir nəfər İbrahim bin Ədhəm həzrətlərinin yanına gələrək: “Mən günah işləyərək öz-özünə zülmedən birisiyəm. Məni bu günahlardan uzaqlaşdıracaq və qəlbimi oyandıracaq bir şey söyləyin!” dedi.

İbrahim bin Ədhəm həzrətləri belə dedi:

“–Beş xüsusa diqqət edərsənsə sənə günah zərər verməz, nəfsin ləzzətləri də səni həlak etməz!”

“–Birincisi, Allaha üsyan etmək (günah işləmək) istədiyində onun ruzisindən yemə!”

“–Bəs onda qarnımı harada doyuracağam, dünyadakı bütün ruzilər Onundur?”

“–Elə isə həm Onun ruzisindən yeyib həm də Ona üsyan etmək düzgün olmaz.”

“–İkincisi, Ona üsyan etmək istədiyində Onun məkanında oturma!”

“–Bu birincidən daha çətindir. Şərq-qərb, və bunların arasındaki hər yer Onun məkanı ikən mən harada oturacağam?”

“–Ey qardaşım, ruzisini yeyib, məkanında oturub Ona üsyan etmək düzgün olarmı?”

 “–Üçüncüsü, günah işləyərkən Onun səni görə bilməyəcəyi bir yerdə günah işlə!”

“–Bu mümkün deyildir, Bütün gizliliklər Ona açıq-aşkar aydındır.”

 “–Dördüncüsü, Ölüm mələyi ruhunu almaq üçün gəldiyində Ona: “Səmimi bir tövbə edip Allah üçün saleh əməllər işləyincəyə qədər mənə möhlət ver!” de!

“–Ama o bunu qəbul etməz!”

“–Beşincisi, Qiyamət günü əzab mələkləri səni Cəhənnəmə aparmaq üşün gəldiklərində onlarla birlikdə getmə!”

“–Onlar buna icazə verməz və istəyimi əsla qəbul etməzlər!”

“–Elə isə Onun ruzisindən yeyib, Onun məkanında gəzib, Onun səni hər yerdə gördüyünü, ölüm mələyinin sənə fürsət verməyəcəyini və günahlar səbəbindən cəhənnəmə atılacağını bilə-bilə günah işləməkdə israr etmək nə qədər düzgündür?”

Rəvayətə görə bu gənc ölüncəyə qədər İbrahim bin Ədhəm həzrətlərinin yanında qaldı və ibadətlərlə dolu bir hayat yaşadı.

Mənbə:islamveihsan.com

Read Previous

ÇİLİLİ QADIN TÜRK ŞAGİRD VASİTƏSİLƏ MÜSƏLMAN OLDU

Read Next

HOLLANDİYADA AVTOBUS DAYANACAQLARINA QURAN AYƏSİ YAZILDI