• 22 Noyabr 2024

Hz. Osman (ra)-ın ilk xütbəsi

Şura əhli tərəfindən bəyat edilərək xəlifə seçilən hz. Osman (ra) kədərli bir şəkildə Rasulullah (səv) əfəndimizin minbərinə çıxdı. Allaha hamdü səna edib Rasulullah (səv) əfəndimizə salavat gətirdikdən sonra bunları söylədi:

“Siz, hər an dəyişməkdə olan bir dünyadasınız və həyatınızın bundan sonraki qismini yaşamakdasınız. Elə isə ölüm gəlmədən, gücünüzün çatdığı qədər və ən gözəl şəkildə ölümə hazırlaşın! Ömrünüzü ən xeyirli əməllərlə dəyərləndirin. Bunu bilin ki, bu fürsət sizlərə verilmişdir. Unutmayın, əcəliniz sabah ya da axşam heç gözləmədiyiniz bir anda sizə gələcəkdir. Bu dünya aldatma üzərində qurulmuşdur. Çünki, Allahu Təala:

Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!” buyurmaqdadır.

Keçmiş ümmətlərdən dərs və ibrət götürün! Sonra var gücünüzlə çalışın ve heç vaxt qəflətə düşməyin! Çünki siz qəflət etsəniz də, heçbir anınızdan qəflət edilmədən hesaba çəkiləcəksiniz. Hanı dünyanın övladları, ona könül verənlər haradadır? Dünyadan çok uzun bir müddət faydalananlar haradır? Dünya onların da sonuna çıxmadı mı? O halda dünyaya Allahın verdiyi qədər dəyər verin! Allahu Təala dünyaya necə dəyər verməmişdirsə siz də ona dəyər verməyin! Yalnız axirəti əldə etməyə çalışın! Çünki Allah, bu dünya həyatından daha xeyirli olan axirət həyatı üçün belə bir misal vermişdir:

(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir! (Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!” (Kəhv 45-46)

Xutbəsini bitirən Osman (ra) minbərdən endi və camaat da ona bəyat etti.

Mənbə:islamveihsan.com

Read Previous

AZƏRBAYCAN ORDUSU, TÜRKİYƏ SİLAHLARI İLƏ ARSENALINI GÜCLƏNDİRƏCƏK

Read Next

SƏUDİYYƏ ƏRƏBİSTANINDAN YENİ HƏCC QƏRARI – KVOTA AZALDILACAQ