• 21 Noyabr 2024

18 ÖLKƏDƏKİ 329 TÜRK MEMARLIQ ƏSƏRİ KİLSƏYƏ ÇEVRİLİB

Son günlər Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məbədinin yenidən məscid statusunə qovuşması, əksər ölkələr, xüsusilə də Yunanıstan tərəfindən etirazla qarşılandı. Təəssüf ki, Türkiyənin daxilindən və müsəlman ölkələrdən də bu etiraza qoşulanlar oldu.

Amma araşdırmalar nəticəsində məlum olub ki, xristian dünyası bu işdə müsəlmanları üstələyir. Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzetində dərc olunan memar Mehmet Emin Yılazın araşdırmasına görə, 18 ölkədə müxtəlif tarixlərdə tikilən türk memarlara aid 329 müxtəlif bina və məscid kilsəyə çevrilmişdir.

Həmin siyahını oxucularımıza təqdim edirik:

  1. Bolqarıstanda 117 məscid, 7 dərgah və 1 mədrəsə klsəyə, 3 saat qülləsi isə zəng qülləsinə çevrilmişdir.
  2. Yunanıstanda 74 məscid, 19 türbə, 1 xeyriyə binası və 2 namazgah kilsəyə çevrilib.
  3. Macarıstanda 23 məscid, 5 türbə, 1 hamam və 1 məktəb kilsəyə çevrilmişdir.
  4. Xorvatiyada 8 məscid və 1 qüllə kilsəyə çevrilmişdir.
  5. Serbiyada 15 məscid və 2 türbə kilsəyə çevrilmişdir.
  6. Rumıniyada 5 məscid kilsəyə çevrilmişdir.
  7. Ukraynada 2 məscid kilsəyə, 1 minarə isə zəng qülləsinə çevrilib.
  8. Moldaviyada 4 məscid kilsəyə çevrilib.
  9. Krımda 6 məscid və 1 mədrəsə kilsəyə çevrilib.
  10. Bosniya və Hersoqovinada son işğal vaxtı 3 məscid kilsəyə çevrilib.
  11. Makedoniyada 2 məscid, 2 türbə və 2 qüllə kilsəyə çevrilib.
  12. Əlcəzairdə 3 məscid Fransanın işğalı vaxtı kilsəyə çevrilib.
  13. Ermənistanda 2 məscid kilsəyə çevrilib.
  14. Cənubi Kiprdə 1 çeşmə kilsəyə çevrilib.
  15. Gürrcüstanda və Azərbaycanda hər birində 1 məscid sovet işğalı vaxtı kilsəyə çevrilib.

islamveirfan

Read Previous

QURANDA VƏTƏN MÜDAFİƏSİNİN HÖKMÜ

Read Next

Həccin qəbul olma şərtləri