• 21 Dekabr 2024

Abort edənlər məsuliyyətə cəlb oluna bilərlər

imagesAzərbaycanda ultrasəs müayinəsi vasitəsilə dölün cinsiyyəti məlum olduqdan sonra abort edənlər məsuliyyətə cəlb edilə bilərlər.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsində “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Komitə sədri Hadı Rəcəbli qeyd edib ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur.

Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsinə toxunan H.Rəcəbli qeyd edib ki, ultrasəs müayinəsi qadağan olunmaya bilər, ancaq cins məlum olduqdan sonra abortun qarşısının alınması məsələsi daha da sərtləşdiriləcək. Komitə sədrinin sözlərinə görə, məsuliyyətə cəlb etmək kimi və digər addımlar atılacaq ki, bu cür halların qarşısı alınsın.

Millət vəkili Məlahət Həsənova da bu problemin getdikcə ciddi xarakter aldığını diqqətə çatdırıb. O bildirib ki, statistikaya əsasən, artıq 7 yaşına qədər olan oğlan və qız uşaqlarının sayında fərqlər hiss olunur və bu fərqin getdikcə daha da artacağı ehtimal edilir.

Bir çoxlarının dölün qız olması məlum olandan sonra hamiləlikdən imtina etdiklərini qeyd edən millət vəkili, ümumiyyətlə, cinsə görə ultrasəs müayinəsinin qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.

Müzakirələrin sonunda bu məsələləri nəzərə almaqla qanun layihəsinin yenidən işlənib hazırlanması və qanun layihəsinə təkliflərin verilməsi qərara alınıb.

Qeyd edək ki, bu qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.

mənbə:

din.az

Read Previous

İnsan haqqında maraqlı bilgilər

Read Next

Elşad İskəndərov işdən çıxarıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.