Fərqlidir bu bağdaki ağaclar. Nə mövsümü var, nə də ki, bağbanına qarşı xəyanəti. Digər ağaclardan fərqi çoxdur. İlin bütün vaxtlarında, mövsümdən asılı olmayaraq bar verməyə davam edir. Bu ağac hafizlik bağının ağacıdır.
Bəs bu bağ necə bağdır?
AllahTəalanın ayələrini hifz edənlərin bağıdır bu bağ. Torpağının üstündə hər an günəş şüalarının əks olunduğu bağdır bu bağ. Bu bağda ağaclar daima “hafiz” adlı, cənnət meyvəsi kimi mübarək bir meyvə yetişdirir.
Öz ənənəsini qoruyan hafizlik bağı 2013-cü ilin Dekabr ayında ilin son barını verdi. Uca Allah bu meyvəni daima təravətli saxlasın inşallah.
İlin son günlərində hafizliyini tamamlayan bu hafiz, Yolçuyev Ruslan Şəmsi oğludur. 1996-cı ildə dünyaya gələn Y.Ruslan 2011-ci ildə Şəki İslam Mədrəsəsinə daxil olmuş və burada hafizlik tədrisinə başlamışdır. İki il gecə gündüz çalışdıqdan sonra Qurani-Kərimi başdan sona qədər əzbərləyərək hafizlik zirvəsinə yüksəldi.
Biz də öz növbəmizdə minbər.az saytı olaraq hafiz Ruslan Yolçuyevi səmimi qəlbdən təbrik edir, Qurani-Kərimi bütün həyatı boyu oxumağı, onunla əməl etməyi uca Allah ona nəsib etsin! Deyirik.
Bu şərəfli işdə ona kömək edən hafiz Araz Həsənov və hafiz Elşad Şahmurov müəllimlərə öz dərin təşəkkürümüzü bildirir, Allah Təaladan onlara bu mübarək vəzifədə müvəffəqiyyətlər arzulayırıq!
One Comment
Maşallah. . Rabbime şükür olsun. Ruslan qardaşımızı tebrik edirem. Rebbim hafiz olaraq yaşamagı ve hafiz olaraq ölmeyi nesib eylesin.