• 26 Dekabr 2024

Ailənin təməl xüsusiyyətləri nələrdir

aileYaşadığımız hal hazırkı dövrdə xoşbəxt ailə yuvası görə bilmək demək olar ki mümkün deyildir. Buna görə də bir insanın xoşbəxt bir ailəsinin olması çox böyük bir nemətdir. Bəs ailəni daha gözəl bir hala gətirmək üçün nələrə diqqət edilməlidir?

Xoşbəxt bir ailəyə sahib ola bilmək üçün, evlənəcəyimiz insanı seçərkən İslamın qoyduğu qaydalara həssaslıqla riayət etmək birinci şərtdir. Beləliklə evlənəcək kimsələr yoldaşlarını gözəllik, zənginlik kimi müvəqqəti və nəfsə xoş gələn səbəblərlə seçməməlidirlər. Ancaq iman və əxlaq kimi mənəvi xüsusiyyətlərə önəm verərək seçim etməlidirlər. Bu barədə Həzrəti-i Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:

“Qadın dörd şeyi, yəni malı, gözəlliyi, soy-sopu və dindəki kamalı üçün nikâhlanır. Siz dindar olanını seçin ki, əlləriniz xeyir görsün!”(Buxari, Nikah, VI. 123; Müslim, Rada, 53)

“Yuvanı dişi quş tikər” atalar sözündən yola çıxaraq evləniləcək bir xanımda axtarılması lazım olan xüsusu ortaya qoyan bu hədisi-şərif, evləniləcək bir kişidə də axtarılması zəruri olan xüsusu da içinə almaqdadır. Çünki hər mömin üçün təqvadan sonra ən qiymətli şey, evləndiyi kimsənin gözəl əməl sahibi olmasıdır. Saleh kişi, mutluluq sarayının sarsılmaz dirəyi, salehə qadın da, səadət bağçalarının ən qiymətli varlığıdır. Bu həqiqət hədisi-i şərifdə belə ifadə buyurulur:

“İnsanın ucalığı dinində, şəxsiyyət və şərəfi ağlında, soy-sop gözəlliyi də (nikahla qorunan) əxlaqında gizlidir.”

Bir də ailələr arasındakı bərabərlik mütləq nəzərə alınmalıdır. Bu bərabərlik zənginlik, ədəb və mədəniyyət birliyi kimi müxtəlif ünsürlərə baxılaraq təyin edilməlidir.

Bundan sonrası iradə və yetkinliyə bağlıdır. Yetkinlik, iman və əməl mükəmməlliyi, iradə isə, İslami əmr və qadağalara sarılmaqla reallaşar.

İçərisində Allahın əmr və qadağanlarına riayət edilən rahat bir ailə yuvası, dünya səadətinin əsası və Rəbbimizin ən böyük ehsanlarından biridir. Bu nemət və səadətin davamı, iki tərəfin ruhaniyyət iqlimi içərisində yaşamasındadır ki, bu da qarşılıqlı fədakarlıq və anlayışa bağlıdır.

Hal-hazırda ailələrin eroziyaya uğramasının ən mühüm səbəblərinin başında qadının kişiyə, kişinin də kadına bənzəmək istəməsi gəlir. Allah Təala qadına ayrı, kişiyə ayrı xüsusiyyətlər lütf etmişdir. Bunlar hər ikisinin cəmiyyət içindəki vəzifələrinin layiqiylə yerinə yetirmələrinə görə şəkillənmişdir. Bədən quruluşundan ruhi xüsusiyyətlərinə qədər bütün yaradılış xüsusiyyətləri, kişi və qadında Allahın onlara yüklədiyi məsuliyyət (məsuliyyətlərə) görə şəkillənmişdir. Bu vəziyyət, ailənin dolanışığını təmin etməklə vəzifələndirilən kişidə ruhi möhkəmlik, dözümlülük və bədəni xüsusiyyətlər ətrafında ortaya çıxmışdır. Bu da, kişinin, ailədə rəis olmasını və o ailə üçün həyat mübarizəsi verərək dolanışığını təmin etməsi yolunda məsuliyyətini tələb edir.

Qadın, ailənin dolanışığından məsul tutulmamışdır. Tutulsaydı, bu, onun üçün bir əziyyət və məşəqqət olardı. Çünki qadının yaradılışı, həyat mübarizəsinə uyğun deyildir. Ona əvvəlcə, bu birlikdən hasil olacaq uşaqların doğumu və doğumundan etibarən də həmin uşaqların balacalıq dönəmlərində onlara baxıb qorunmaları kimi uca bir ilahi vəzifə yüklənmişdir. Ancaq imkan və şərtlər uyğun olarsa, yaradılışına münasib, qanuni və qadınlığa aid bir xidmət peşəsində də işləyə bilər. Qız Quran kursu müəlliməsi və bənzər kimi.

Bir də bu xüsusu söyləmək lazım ki, ailədə ər, “təhkim” (kobud qüvvətlə hökm sürmə) və qadının itaəti də “əsarət” şəklində başa düşülməməlidir. Bu rollar, İslamın həssas bir şəkildə təyin etdiyi ölçülər içində reallaşsa ailədə “zalım” də olmaz, “məzlum” da …

Qadının iffət və itaət dairəsinin kənarına çıxaraq ərinə zülm etməsi, buna müqabil ərin isə nüfuzunu nəfsani arzuları uğrunda istifadə etməsi, ailə yuvasını məhv edər. Ancaq dünyada həyat mübarizəsinə məmur olan kişi, zaman zaman bəzi gərginliklərə məruz qala bilər. Belə anlarda onun, evində xanımından özünü təskinlik edici şəfqətli və məhəbbətli bir itaət görməsi, həm haqqı və həm də bir ehtiyacıdır. Eyni şəkildə axşama qədər evində ərini gözləyən bir qadının da, ərindən lazımi maraq və əlaqəni görməsi, ən təbii haqqı və ehtiyacıdır. Bundan ötəridir ki, ailədə hər kəs, Allahın təyin etmiş olduğu haqq və məsuliyətlərini bilməlidir. Ailə içində kişi mərhəmətli, haqşünâs, qadın isə itaətkar və hörmətkar olmalıdır.

Xülasə bir yuvanı dinclik və səadət içində davam etdirən yeganə qayda, qarşılıqlı sevgi və hörmətdir. Amma unutmamaq lazımdır ki, əcdadımız: “Yuvanı dişi quş inşa edər” demişlər. Bu baxımdan yuvaya sahib çıxmaq barəsində qadın, daha təsirli bir vəzifə boynuna götürmüşdür. Bu səbəbdən qadının bu nöqtədə göstərəcəyi fərasət, səy və fədakarlıq, kişininkindən daha çox əhəmiyyət ifadə edər. Çünki Cənabi-Haqq, anaya bu istiqamətdə kişidən daha üstün bir ləyaqət və hissiyyat bəxş etmişdir.

Mənbə:islamveihsan.com

Read Previous

Məhərrəm ayı və aşura

Read Next

Təsəttür və örtünmə haqqında ayət və hədislər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.